t s

» » Məşhur oftalmoloqdan şikayət – “Cahid Şahbazov məni kor etdi…”

Məşhur oftalmoloqdan şikayət – “Cahid Şahbazov məni kor etdi…”

11-06-2019, 20:45 Yazar:  Nurlan Baxılıb: 49 Çap et
Məşhur oftalmoloqdan şikayət – “Cahid Şahbazov məni kor etdi…”
Azərbaycanda daha bir pasiyent həkimdən narazıdır, ondan Səhiyyə Nazirliyinə şikayət edib, səhv əməliyyat olunduğunu iddia edir.

Mediaxeberleri.az
Medicina.az-a istinadla həmin pasiyentin başına gələnləri təqdim edir:

27 yaşlı Vüsal Əliyev 2017-ci ildə ağac budağını balta ilə qıran zaman gözündən zədələnib.
Sağ gözü tamam tutulan gənc təcili Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə aparılıb. Orada 10 gün müayinə və müalicələrin nəticəsində görməsi 0-dan qalxaraq, 15-20% olub. Bundan sonra həkimlər əməliyyat lazım olduğunu bildiriblər. O isə dövlət klinikasını yox, özəl klinikalardan birini, daha doğrusu, həmin ərəfədə efirlərdə tez-tez görünən gənc oftalmoloq həkim Cahid Şahbazovu seçir.

1560263328_1560259397_maxresdefault

Vüsal Əliyevin sözlərinə görə, gözünün 50% düzələciyini də elə Cahid Şahbazov ona vəd edib:

“Oksigen klinikasında Cahid Şahbazov məni müayinə etdi, dedi əməliyyat olmalısan, görmən indi 10%-dir, getdikcə də azala bilər, amma əməliyyatdan sonra 50-60% görəcəksən. Mən bundan çox sevindim.
Əməliyyat üçün 1050 manat pul dedilər, elə səhəri gün getdim. Pulu klinikada qızlara ödəsəm də, heç bir çek verilmədi.
Kataraktadan əməliyyat olundum, linza da qoyuldu. Amma əməliyyatdan aylar keçdikcə, görməmdə heç bir irəliləyiş olmadı.

5-6 dəfə Cahidin yanına getdim, baxdı, dedi düzələcək. Hər dəfə də dərman siyahısına əl gəzdirirdi.

Sonra o, klinikanı dəyişib, Caspian hospitala keçdi. Mən ora gedəndə ki, bir də müayinə etsin, köməkçiləri dedi ki, yeni klinikada olduğumuz üçün 50 manat ödəniş edin sonra baxsın.

Mənsə heç bir ödəniş etməyəcəyimi dedim. Məni əsəbiləşdirdilər, heç cür qəbul etmədilər. Dedim, C. Şahbazova çatdırın ki, ondan məhkəməyə, nazirliyə şikayət edəcəm. Yalnız ondan sonra həkim məni qəbul etdi.

Mən orda dedim ki, həkim, mənim görməm 20%dən də aşağı düşdü, gözüm düzəlmir, məni yalandan müayinə edib, yalan vədlər verməyin. Dedi, problem səndədir, mənlik bir şey yoxdur, gözün qidalanmır. Dedim əgər gözüm qidalanmırsa, bu biri gözüm niyə 100% görür. Əvvəl də bu gözüm 100% görürdü.
Bunu eşidəndə əməliyyata verdiyim pulu geri qaytarmalarını tələb etdim ki, mənim hələ bu gözümə çox xərcim çıxacaq. Boşuna əməliyyat olmuşam. Həkim dedi pul qaytarılmayacaq, sənə 5 dəqiqə vaxtım gedib, əməliyyat etmişəm”.

Başına gələnlərlə bağlı Səhiyyə Nazirliyinə şikayət məktubu yazan xəstəyə bildiriblər ki, nazirlik özəl klinikalara qarışmır, özəl həkimlərdən şikayətlərə baxmır.

Mənim gözümü kor edib, pulumu alıb, məhkəmə ilə hədələyir

“Belə çıxır ki, Cahid Şahbazovn nə istəsə edə bilər? Bu həkimi o qədər reklam etdilər ki, camaatı inandırdılar. Yalandan verilişlərə çıxırlar, özlərini tərifləyirlər, amma realda insanları pis günə qoyurlar.

Mənə deyir get bu gözünlə barış. Bu insan mənim gözümü, başımı MRT etmədən əməliyyat edib.

Çox özəl həkimlərdə, Z. Əliyeva adına xəstəxanada oldum, həkimlər deyir ki, görmən 10%dir,əməliyyat uğurlu olmayıb, gözünü pis günə qoyub.
Bəlkə heç əməliyyat lazım deyildi, müalicəylə düzələrdi. Bəlkə başqa həkim yaxşı əməliyyat edəcəkdi. Bu gözümü daha ikinci dəfə əməliyyat etmək olmaz.
Mən Cahid Şahbazovu məhkəməyə vermək istəyirəm, vəkillərlə danışmışam. Mənə deyir, mənim 2-3 vəkilim var, güclü, mən səni məhkəməyə verərəm. Mənim gözümü kor edib, 3-5 dəqiqəyə 1050 manat pul alıb, hələ bir məni məhkəməyə verir.

İstərdim, yaşadıqlarımı işıqlandırasız ki, insanlar belə həkimlərə müraciət etməzdən əvvəl düşünsünlər, hər vədə inanmasınlar. Bu gənc yaşımda gözümü şikəst etdilər”.

Cahid Şahbazovun köməkçisi Aynur adlı xanım Medicina.az-a bildirib ki, xəstənin görməməsində həkimin günahı olmayıb:

“O xəstəyə gözünün vəziyyəti ilə də bağlı epikriz vermişik. Cahid doktor tərəfindən əməliyyatda qüsur, səhv yoxdur. Zədədən onun görmə mərkəzində çapıq var deyə, görmə faizi artmır. Amma həkim tərəfindən əməliyyat normal aparılıb. Hara istəyir şikayət edə bilər”.

“Bəs özəl klinikalarda həkimlər tərəfindən belə uğursuz nəticələr zamanı pasiyentin tələbi ilə ödədiyi məbləğ geri qaytarıla bilərmi” sualına həkim köməkçisi belə cavab verib: “Həkim xəstədən pul almır. Bu, klinikanın əməliyyat qiymətidir. Xəstə gəlib mühasibatlıqla danışa bilər. Amma həkim səhvi olmadığı üçün məbləğin qaytarılacağı real görünmür”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:38 Qonağa vurulan gəlin - Ataqamdan Yeni Hekayə Mediaxeberleri.az kulis.az-a istinadən Ataqamın “Oyconbi” hekayəsini təqdim edir. Timurçin Babakulovla ezamiyyətimin səhəri, məni özbəklərin qonaq evindən götürüb idarəyə aparanda tanış oldum. İdarədə sürücü işləyirdi. Sarımtıl seyrək bığı, sarısunqur saqqalı, üzündəki aşırı qabarıq cizgilərin
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az