t s

» » Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət etdi

Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət etdi

11-06-2019, 21:30 Yazar:  Aytən Məmmədli Baxılıb: 173 Çap et
Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət etdi
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib.

Mediaxeberleri.az
xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.

Qeyd olunub ki, hazırda vakant yerlər var və sənəd qəbulu davam edir.

Həcc ziyarətinə getmək üçün sənədlərini təqdim edənlərdən 60-a yaxını təkrar ziyarətə getmək istəyənlərdir.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb. Bu il otellər də fərq olacaq. Səudiyyə Ərəbistandakı iqtisadi durumla əlaqəli qiymət fərqlidir. Qiymətlərdə 75 dollar artım var. Yəni, bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.

Avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar üçün AZAL milli aviaşirkətinin 6 təyyarəsi ayrılıb. Gediş üçün gün ərzində planla nəzərdə tutulan 2-3 dəfə, dönüş üçün isə 2 reys olacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:35 Azərbaycanda həcci olmaq istəyənlərin sayı artıb Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1000-ə yaxın insan müraciət edib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Hazırda sənədlərin qəbul olunması prosesi davam edir. İdarədən bildirilib ki, sənəd qəbulu kvota dolana qədər
16:50 Həcc ziyarətinə getmək istəyənlərin sayı 300-ü keçdi Azərbaycandan Həcc ziyarətinə getmək üçün 300-dən artıq insan müraciət edib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Trend-ə özəl olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: "Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin
15:30 Azərbaycanda Həcc ziyarəti üçün kvota götürüldü Azərbaycandan Həcc ziyarətinə getmək üçün 200-dən artıq insan müraciət edib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: "Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı
13:45 İlk həftədə Həcc ziyarətinə getmək üçün 70-dən artıq insan müraciət etdi Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun başlanmasının birinci həftəsində 70-dən artıq insan müraciət edib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Trend-ə özəl olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Qeyd olunub ki, hazırda sənəd qəbulu davam edir. Bu
10:05 Azərbaycanlı zəvvarlar Ciddə hava limanında köməksiz qalıb - Eksklüziv QMİ-nin Həcc ziyarəti təşkilatçıları azərbaycanlı zəvvarları hava limanında köməksiz qoyaraq qaçıb, insanlar hava limanında əlacsız gözləyir Bu ilki Həcc ziyarəti çoxlu sayda insan itkisi ilə nəticələnən faciələrlə yadda qaldı. Ancaq azərbaycanlı zəvvarlar üçün hər il olduğu kimi, bu il də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az