t s

» » Sabah şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

Sabah şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

11-06-2019, 21:00 Yazar:  Aytən Məmmədli Baxılıb: 59 Çap et
Sabah şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
Sabah ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediaxeberleri.az
-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 12-də hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 31-37, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:48 Şimşək çaxacaq, dolu düşəcək - Üç günün havası Azərbaycanda 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediaxeberleri.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 28-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
19:55 Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz
13:28 Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir - Belə deyirlər... Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Mediaxeberleri.az-a verdiyi məlumata görə: Bakıda və Abşeron yarımadasında Avqustun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək
14:37 Həftənin ilk iş günü üçün hava proqnozu açıqlanıb Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşam bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var.
15:10 Sabah Azərbaycanda hava yağışlı və küləkli olacaq-Belə deyirlər Proqnoz açıqlandı. İyunun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediaxeberleri.az-a verilən məlumata görə, səhər və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az