t s

» » Rusiyada azərbaycanlı gənc qətlə yetirilib

Rusiyada azərbaycanlı gənc qətlə yetirilib

11-06-2019, 19:59 Yazar:  Gülnar Baxılıb: 29 Çap et
Rusiyada azərbaycanlı gənc qətlə yetirilib
Rusiyanın Samara vilayətində azərbaycanlı gənc qətlə yetirilib.

Bu barədə Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimov məlumat verib. Onun sözlərinə görə, qətl hadisəsi iyunun 8-dən 9-na keçən gecə məişət zəminində baş verib. Rusiya vətəndaşı olan həmyerlimiz Elmir Əhmədov bıçaqlanaraq öldürülüb. Daha sonra qatil meyiti ölən şəxsin "QazEL" markalı yük maşınına qoyaraq kənar əraziyə aparıb və yandırıb.

Hadisədən bir qədər sonra cinayəti törədən şəxs saxlanılıb.

Ş. Kərimov bu gün qətli törətməkdə təqsirli bilinən şəxs barəsində məhkəmənin həbs-qətimkan tədbiri seçəcəyini də söyləyib.

Diaspor rəhbəri mərhum Elmir Əhmədovun Rusiya vətəndaşı olduğunu və ailəsi və qardaşları ilə birlikdə Samara vilayətinin Voxvisneva rayonunda yaşadığını deyib. Elmir Əhmədov fermer təsərrüfatında çalışıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az