t s

» » Azərbaycan Rusiyaya nota verdi - Fuad Abbasovla bağlı

Azərbaycan Rusiyaya nota verdi - Fuad Abbasovla bağlı

11-06-2019, 18:15 Yazar:  Firuzə Baxılıb: 35 Çap et
Azərbaycan Rusiyaya nota verdi - Fuad Abbasovla bağlı

"Jurnalist Fuad Abbasovun Rusiyadan baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, səfirliyin Konsulluq şöbəsinin əməkdaşları onunla hər gün əlaqə saxlayırlar".

Bu barədə Unikal.org-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 11-də səfirliyin əməkdaşları F.Abbasovla növbəti dəfə görüş keçirib, şəraiti ilə yaxından tanış olublar.

Diplomatik nümayəndəlikdən verilən məlumata görə, bundan əlavə, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq nota göndərilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb: "Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək.

Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, səfirlik məsələni nəzarəti altında saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:46 Ağstafa şəhərində təhsil işçiləri ilə növbəti səyyar görüş keçirildi Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşlarla səyyar qəbulları davam etdirir. Növbəti səyyar görüş Ağstafa şəhər 2 saylı tam orta məktəbində rayonun təhsil işçilərinin iştirakı ilə
08:30 Səfirliyə açılan "atəş", gizli arayışlar və diplomatın etirazı - Kiyevdən reportaj (II HİSSƏ) FOTO/VİDEO Qovluğundakı sənədləri ehmalca masa üzərinə düzən sabiq səfir, danışdıqca gah həyəcanlanır, gah da dərin fikrə gedib, sükuta qərq olurdu. Ondan söhbətin hansı arayışlardan getdiyini soruşduq. Sənədlərdən bir neçəsini əlinə götürüb, “Bu arayışlardan mənim xəbərim olmayıb. Azər Xudiyev səfirliyə hər
23:01 Diplomatların davası, müəmmalı məktublar və çat verən səfirlik – Kiyevdən reportaj (Fotolar) 1-ci HİSSƏ İlk dəfə Ukraynaya jurnalistlərdən ibarət böyük bir heyətlə getmişdik. 2014 -cü ilin noyabr ayı idi, “Qarabağ” Avroliqanın qrup mərhələsi çərçivəsində “Dnepr”lə qarşılaşacaqdı. Təxminən 20 nəfər jurnalist buradan qatarla Tiflisə, oradan isə təyyarə ilə Kiyevə üz tutmuşduq. Kiyevə çatıb, təzəcə
08:50 XİN-də yeni qalmaqal-daha bir diplomatımız xarici ölkəyə sığındı Avstraliyadakı səfirliyin əməkdaşı Anar Həsənov korrupsiya faktlarını açıqladığı üçün cəzalandırıldığını, XİN isə diplomatın xidmət qaydalarını pozduğu üçün işdən kənarlaşdırıldığını iddia edir Azərbaycanda növbəti “diplomat qalmaqalı” baş verib. Bu dəfə Avstraliyadakı səfirliyimizin əməkdaşı
01:33 Dövlət adı altında talançılıq - (Araşdırma) ...Hər şey Qurban Abbasov küçəsi, 33 ünvanındakı binanın (Səbayel Rayon Məhkəməsinin binasının düz böyründə, Dövlət Bayraq Meydanından bir qədər aralıda) sakinlərinin polisin gözü önündə küçəyə atılmasından başlamışdı. Virtualaz.org və haqqin.az saytları bu haqda yazmış və bildirmişdi ki, həmin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az