t s

» » Prezident məcburi köçkünlərin aylıq müavinətini artırdı - MƏBLƏĞ

Prezident məcburi köçkünlərin aylıq müavinətini artırdı - MƏBLƏĞ

10-06-2019, 22:30 Yazar:  Aytən Məmmədli Baxılıb: 37 Çap et
Prezident məcburi köçkünlərin aylıq müavinətini artırdı - MƏBLƏĞ
Prezident İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.

Mediaxeberleri.az
-ın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 fevral tarixli 993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 53, № 2, maddə 187; 2018, № 4, maddə 671) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “40,0 (qırx)” sözləri “60,0 (altmış)” sözləri ilə əvəz edilsin;

2. 1-3-cü hissədə “22,0 (iyirmi iki)” sözləri “33,0 (otuz üç)” sözləri ilə əvəz edilsin".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:15 Məcburi köçkünlərin aylıq müavinətini artırıldı - SƏRƏNCAM Prezident İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin
19:05 Məcburi köçkünlər tibbi müayinədən keçdi - FOTOLAR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 25-də Naftalan şəhərində məcburi köçkünlərin tibbi müayinəsi keçirilib. Mediaxeberleri.az xəbər verir ki, tibbi aksiyanın təşkilində məqsəd məcburi köçkünlərə yaşadıqları
20:03 Məcburi köçkünlərin borcunu kim ödəyəcək? Feyruz Yusifov: “Əgər həqiqətən də həmin ailələrin adı “adlı siyahı”da varsa...” İbrahim Kərbəlayev: “Sərf etdikləri kommunal xidmətlərin dəyəri məcburi köçkünlərin özləri tərəfindən ödəniləcək” Tanrıverdi Mustafayev: “Sözügedən məsələlərlə bağlı məcburi köçkünlərin hansısa narazılığı varsa...”
23:40 İlham Əliyev 7 sərəncam, 15 fərman imzaladı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin
22:15 Dövlət başçısı İlham Əliyev 10 sərəncam imzaladı Prezident İlham Əliyev “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 121-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az