t s

» » Avropa Gənclər Yay Olimpiya Festivalınınn biletləri satışa çıxarıldı

Avropa Gənclər Yay Olimpiya Festivalınınn biletləri satışa çıxarıldı

10-06-2019, 21:50 Yazar:  Aytən Məmmədli Baxılıb: 80 Çap et
Avropa Gənclər Yay Olimpiya Festivalınınn biletləri satışa çıxarıldı
İyunun 10-u “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri satışa çıxarıldı. Biletlərin satışı Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və bilet satış şirkəti iTicket arasında imzalanan razılıq müqaviləsi çərçivəsində gerçəkləşir.

Mediaxeberleri.az
-ın verdiyi məlumata görə, satışa çıxarılan 146 000 bilet, “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi veb saytından https://www.eyofbaku2019.com və iTicket.az rəsmi saytından https://www.iticket.az əldə oluna bilər.

Bundan əlavə, bütün idmansevərlər biletləri “Park Bulvar”, “Gənclik”, “28 May” ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərində yerləşən 12 bilet satışı məntəqəsindən əldə edə biləcəklər.

Açılış mərasiminə bir biletin qiyməti 10-15 AZN arasında, bağlanış mərasiminə isə 5-10 AZN arasında dəyişir. Hər iki mərasim Bakı Kristal Zalında keçiriləcək.

Bütün idman yarışlarına biletlərin pulsuz olmasına baxmayaraq, idman arenalarına giriş yalnız əvvəlcədən əldə olunmuş biletlər vasitəsilə mümkün olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov vurğulayıb ki, açılış və bağlanış mərasimləri üçün ən münasib qiymətlərin təyin edilməsi, habelə bütün idman yarışlarına biletlərin pulsuz olması yerli və xarici idman azarkeşlərində festivala qarşı daha çox maraq oyatmaq və onların bu möhtəşəm idman oyunlarını şəxsən izləmələri üçün edilib.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:55 AVRO-2020-nin oyunlarına bilet satışı başlayır - QİYMƏTLƏR UEFA futbol üzrə Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək məqsədilə ilk dəfə olaraq bütün Avropa üzrə keçiriləcək AVRO-2020 turniri üçün bilet satışı siyasətini və bilet qiymətlərini açıqlayıb. Mediaxeberleri.az xəbər verir ki, 2020-ci ilin 12 iyun – 12 iyul tarixləri arasında keçiriləcək
18:39 İki “dəniz”in qovuşduğu şəhər: Sumqayıt-Qafqazın Osakası Yaponiyanın Osaka şəhərinin sadəcə Uzaq Şərqin deyil, dünyanın ən ecazkar şəhərlərindən biri olduğu, burada müasirliklə keçmişin, insan zəkasının yaratdığı xarüqələrlə təbiət gözəlliklərinin vəhdət təşkil etdiyi hər kəsə məlumdur. Lakin siz bu reportajda öz əsrarəngizliyi, füsunkarlığı ilə Osakadan
20:48 Ağstafada “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçirildi 29 Mart 2019-cu il tarixdə Ağstafa rayon Heydər Əliyev parkında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “ “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçirildi. Layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni
20:30 Nazirlər tennis oynadı - FOTOLAR Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və komitənin vitse-prezidenti, millət vəkili Fazil Mustafa Bakı
10:05 İslamiada: VI yarış günündə 12 idman növü üzrə yarışlar keçiriləcək Mediaxeberleri.az Report-a istinadla Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının günlük təqviminin dərcini davam etdirir. Altıncı yarış günündə həndbol, voleybol, tennis, boks, bədii gimnastika və idman gimnastikası, üzgüçülük, su polosu, cüdo, karate, ağırlıqqaldırma və atıcılıq üzrə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az