t s

» » İlham Əliyev qazaxıstanlı həmkarını təbrik etdi

İlham Əliyev qazaxıstanlı həmkarını təbrik etdi

10-06-2019, 21:20 Yazar:  Aytən Məmmədli Baxılıb: 42 Çap et
İlham Əliyev qazaxıstanlı həmkarını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

Mediaxeberleri.az
-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Qazaxıstan münasibətləri xalqlarımızın ortaq tarixi, milli, mənəvi köklərindən qaynaqlanır. İnanıram ki, belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:43 Astana rəsmən Nur-Sultan oldu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev martın 23-də ölkə paytaxtı Astana şəhərinin adını Nur-Sultana dəyişdirilməsi ilə bağlı fərman imzalayıb. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. “Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin adı Nur-Sultan şəhərinə dəyişdirilsin”, -
21:00 İlham Əliyev pakistanlı həmkarını təbrik edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə təbrik məktubu ünvanlayıb. Mediaxeberleri.az -ın məlumatına görə, təbrik mətnində deyilir: "Hörmətli cənab Prezident, Pakistan İslam Respublikasının milli bayramı münasibətilə Sizə və
16:03 İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 20-də Qazaxıstan prezidenti vəzifəsində fəaliyyətə başlamış Kasım-Jomart Tokayevə telefonla zəng edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi prezident vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az