t s

» » Onun ölkə üçün etdiklərinin misli yoxdur - Millət vəkili

Onun ölkə üçün etdiklərinin misli yoxdur - Millət vəkili

10-06-2019, 12:30 Yazar:  Büllurə Yunus Baxılıb: 101 Çap et
Onun ölkə üçün etdiklərinin misli yoxdur - Millət vəkili
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin həddi-hüdudu yoxdur, lakin onun fəaliyyətinin zirvəsi məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır.

Mediaxeberleri.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov ümumilli lider Heydər Əliyevin 1993-cü ilin 9 iyununda xalqın təkidi ilə Bakıya qayıtması barədə danışarkən deyib. O, Ulu öndərin həyatının böyük hissəsini Azərbaycan xalqına həsr etdiyini söyləyib:


“Müstəqilliyimizin ilk vaxtlarında hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz fəaliyyəti ölkəni xaos və anarxiyaya sürükləyirdi. Ölkə parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Cəbhədəki uğursuzluqlar, iqtisadi və sosial böhran vəziyyəti daha da ağırlaşdırırdı. Belə bir çətin vəziyyətdə xalq yeganə çıxış yolunu Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü.

Ümummilli liderin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra ölkəmiz bəlalardan qurtuldu. Həmin dövrdə Ulu öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı. Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, xalqımızın başına hansı faciələrin gələcəyini heç kim təsəvvür edə bilməzdi.

O vaxtı səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında olsa da, H.Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bu bəlalardan xilas oldu, dövlət quruculuğu istiqamətində böyük işlər həyata keçirilməyə başlandı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilməsi müasir tariximizdə dönüş nöqtəsidir”.

A.Hüseynovun sözlərinə görə, Heydər Əliyevin qayıdışından sonra siyasi sabitlik bərpa olunmaqla yanaşı, ölkə iqtisadiyyatı da inkişaf yoluna qədəm qoydu:


“İqtisadiyyatımızın tənəzzül etdiyi bir vaxtda Heydər Əliyev belə bir devizlə çıxış etmişdi: “İqtisadiyyatı güclü olan dövlətin hər şeyə qadirdir”. Ulu öndər ölkənin gələcəyinin məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkirdi. Heydər Əliyev iqtisadiyyatı çox dərindən təhlil etməyi, proqnozlaşdırmağı və bütün potensialları işə salmağı bacardı”.

Millət vəkili bildirib ki, ümummilli liderin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

“Hazırda ölkəmiz dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılıb-seçilən qüdrətli dövlətlərindən birinə çevrilib”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:33 Müstəqilliyin, sabitliyin və davamlı inkişafın təməlinin qoyulduğu gün - 1993-cü il 3 oktyabr Müstəqilliyi ikinci dəfə əldə etmək keçmiş Sovet İttifaqının digər ölkələri ilə müqayisədə Azərbaycanda daha çətin olub, bu yolda Vətənimizin yüzlərlə qəhrəman övladı xalqımızın azadlığı uğrunda mübarizə apararaq şəhidlik zirvəsinə yüksəlib. Ancaq qarşıda duran əsas məsələ bu müstəqilliyi itirməmək
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
10:10 Əbədiyaşarlıq rəmzi - Əli Həsənov Heydər Əliyevdən YAZDI XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən siyasi islahatlar strategiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın ən mürəkkəb və
18:09 Rufiz Qonaqov və Elşad Mirbəşiroğlu: “Böyük şəxsiyyətin təkrarsız portret cizgiləri ” MƏQALƏ Klassik alman fəlsəfəsinin yaradıcılarından olan Hegel tarixi şəxsiyyətlərin xarizması haqqında belə qeyd edirdi: “Tarixi simalara fərdlərin maraqlarını, beləliklə, həm də ehtiraslarını təşkil edən ümumi cəhətlər baxımından yanaşmaq lazımdır. Onlar məhz ona görə böyük simalar sayılırlar ki, böyük,
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az