t s

» » Evli iş adamı ilə sevgili olduğu deyilən Aysel ilk dəfə danışdı - "Milyardı var..."

Evli iş adamı ilə sevgili olduğu deyilən Aysel ilk dəfə danışdı - "Milyardı var..."

10-06-2019, 10:43 Yazar:  Firuzə Baxılıb: 95 Çap et
Evli iş adamı ilə sevgili olduğu deyilən Aysel ilk dəfə danışdı - "Milyardı var..."Bir müddət əvvəl evli iş adamıyla adı hallanan müğənni Aysel Əlizadə ilk dəfə bu haqda danışıb.
Mediaxeberleri.az xəbər verir ki, müğənni "ATV maqazin onlarla" verilişində "Onlarla üç dəqiqə" rubrikasının qonağı olub. O, muxbirin "Kiminsə sevgilisini əlindən almısan?" sualına "Mən o qədər aciz deyiləm ki, kiminsə sevgilisini əlindən alım. Mənim sevgilimi əlindən almağa çalışmasınlar" deyə cavab verib.
İfaçı "Sənə qarşı edilən ittihamları eşidəndə hansı hissləri yaşayırsan?" sualına isə belə cavab verib:
"İnsanlar bilib-bilmədən danışanda təbii ki, bu, məni incidir. Tanımadığımız insan haqda desinlər ki, filankəs-filankəsi öldürdü. O dəqiqə başlayacaqlar. Siz onu tanıyırsınız? Siz bilirsiniz ki, o kimdir? Həqiqət deyilən bir şey var. Mənim haqqımda da kimsə nahaq bir şey danışanda məyus oluram. Haqqımda o sözlərin deyilməsini istəmirəm. Amma artıq deyilibsə, günahlarımdan yuyurlar. Bilmirəm, o qədər günahım var, ya yoxdu? Mənə kim pislik edirsə, o insanı Allaha tapşırıram".
Aysel iş adamı tərəfindən "Porche" hədiyyə edilməsinə də münasibət bildirib:
"Yeddi ildir ki, eyni avtomobili idarə edirəm. Özüm-özümə hədiyyə etmişəm".
Sənətçi "Ayselin sevə biləcəyi insan necə olmalıdır?" sualına isə özünəməxsus cavab verib: "Deyirlər ki, filankəsin milyardı var, mən onunla sevgili olum, ərə gedim. Amma münasibətdə sevgi yoxdur. Heç zaman qızıl qəfəsdə qan qusmağın tərəfində olmamışam.
Qəlbimlə xoşbəxt olan insanam. Ailə quracağım insan, özümün yaşadığım şəraitdə yaşada bilsin ki, evdə uşağıma vaxt ayıra bilim. İmkanı aşağı olan insan mənimlə necə yaşaya bilər? Onsuz da əziyyətlə qazanmışam. Nə olar ki, bir az da rahat yaşayım".
Qeyd edək ki, bir müddət əvvəl Turanə Nəcəfova adlı xanım Aysel Əlizadəni ailəsini dağıtmaqda ittiham etmişdi. O, 13 illik həyat yoldaşı, iş adamı Elçin Nəcəfovun ifaçı ilə sevgili olduğunu iddia etmişdi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:12 Yurduna vurğun insan (Mən övladlarıma da deyirəm: Elə yaşayın ki, sizdən sonra gələn nəsil sizinlə fəxr etsin. Elçin Carçıyev, "CARÇIOĞLU GROUP” MMC-nin təsisçisi və qurucusu) Birdən su çalxalandı, qabarıb hirslə təpəyə yerimək istədi. Od da çatırdayıb alovlandı. Vicdanın göy şaqqıltısından da güclü səsi yenidən
15:03 Məhkəmədən Aysellə “ər qalmaqalı” yaşayan ananın əleyhinə qərar - AÇIQLAMA Müğənni Aysel Əlizadə ilə “ər qalmaqalı” yaşayan Turanə Nəcəfova adlı qadının məhkəmə prosesi baş tutub. Mediaxeberleri.az xəbər verir ki, Ayseli 13 illik əri Elçin Nəcəfovu əlindən alması ilə ittiham edən edən T.Nəcəfova məhkəməyə müraciət edərək, uşaqların anaya verilməsini tələb edib. 2017-ci
22:58 Qadınlar niyə evli kişilərlə sevgi münasibətinə meyillidir? Bəzən qadınlar sevdikləri kişinin evli olduğunu öyrənsələr belə, onunla münasibəti davam etdirirlər. Bəzi qadınlar isə kişinin evli olduğunu bilə-bilə, onunla sevgi münasibətinə başlayırlar. Bu tip münasibətlər cəmiyyətdə normal qarşılanmasa da, evli kişi ilə sevgi macərasına meyilli qadınların və
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
00:15 Qadınlar niyə evli kişilərlə sevgi münasibətinə meyillidir? Bəzən qadınlar sevdikləri kişinin evli olduğunu öyrənsələr belə, onunla münasibəti davam etdirirlər. Bəzi qadınlar isə kişinin evli olduğunu bilə-bilə, onunla sevgi münasibətinə başlayırlar. Bu tip münasibətlər cəmiyyətdə normal qarşılanmasa da, evli kişi ilə sevgi macərasına meyilli qadınların və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az