t s

» » "Neftçi"nin baş məşqçisi xərçəng xəstəliyinə qalib gəlib

"Neftçi"nin baş məşqçisi xərçəng xəstəliyinə qalib gəlib

10-06-2019, 10:20 Yazar:  Firuzə Baxılıb: 21 Çap et
"Neftçi"nin baş məşqçisi xərçəng xəstəliyinə qalib gəlib"Neftçi" futbol komandasının baş məşqçisi Roberto Bordin xərçəng xəstəliyinə qalib gəlib.

Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə "Sportevai" nəşrində italiyalı mütəxəssis barədə dərc olunmuş yazıda bildirilir. Qeyd olunur ki, 1996-1997 mövsümündə "Napoli"də çıxış etdiyi vaxt Bordinin qalxanabənzər vəzisində şiş aşkarlanıb. Bu səbəbdən, 54 yaşlı mütəxəssis karyerasına fasilə verməli olub.

Xoşbəxtlikdən, həmin şiş xoşxassəli olub və Bordin əməliyyat nəticəsində xərçəngə qalib gəlib. Artıq 3 ay sonra - 1996-cı ilin noyabrında meydana qayıdan Bordin komandası ilə İtaliya Kubokunun finalçısı olub.

Yazıda o da vurğulanır ki, italiyalı sabiq futbolçu 1993-cü ildə "Napoli"yə həmin vaxt komandanın baş məşqçisi olmuş Marçello Lippinin istəyi ilə transfer olunub. Daha sonra o, komandanın kapitanlığına qədər yüksəlib.

Hazırda isə Bordinin iki oğlunun İtaliyada yaşadığı, özünün isə rusiyalı yeni həyat yoldaşı və balaca qızı ilə birgə Bakıda qaldığı vurğulanır.

Qeyd edək ki, Roberto Bordin "Neftçi"yə 2018-ci il iyunun 8-də baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında flaqman ötən mövsümü gümüş medalla başa vurub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az