t s

» » Bir milyonluq şahmat fiquru tapıldı

Bir milyonluq şahmat fiquru tapıldı

8-06-2019, 07:40 Yazar:  Firuzə Baxılıb: 174 Çap et
Bir milyonluq şahmat fiquru tapıldı
Şotlandiyada dəyəri bir milyon funt sterlinq (2 milyon 150 min manat) olan şahmat fiquru tapılıb.

“Xəzər Xəbər”in məlumatına görə, Edinburq şəhərində yaşayan bir ailəyə məxsus köhnə əşyaların içində qədim şahmat fiquru tapılıb. Həmin ailənin üzvlərindən biri ötən əsrin 60-cı illərində əntiq əşyaların satışı ilə məşğul olub. Bu fiqur isə təxminən 5 funt sterlinqə alınıb. Ailə başçısı fiquru Londonun "Sotbis” hərrac evinə apardıqda eşitdiyi xəbərdən heyrətə gəlib. Həmin fiqurun 1831-ci ildə Luis adasında tapılan xəzinədəki şahmat dəstinə aid olduğu müəyyən edilib. Belə ki, iki əsr əvvəl tapılan xəzinədə qızıl əşyaları ilə yanaşı, şahmat fiqurları da olub. Həmin vaxt tapılan 93 fiqurdan 82-si Londondakı Tarix Muzeyində, 11-i isə Edinburqdakı Şotlandiya Milli Muzeyində saxlanılır. İlkin olaraq bir milyon funt sterlinq dəyərində qiymətləndirilən fiqur iyulun 2-də Londonda hərraca çıxarılacaq.

Morj və balina dişlərindən düzəldilmiş fiqurların hündürluyü 9 santimetrdir. Onların mənşəyi və harada düzəldiyi barədə dəqiq məlumat yoxdur. Bir fərziyyəyə görə, bu şahmat fiqurları XII-XIV əsrlərdə Norveçin Tronxeym şəhərində düzəldilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
17:35 Gizli kənd TAPILDI Fotoqraf Jordi Ruiz Cirera Boliviya'da yaşayan Mennonitlər'in gizli yaşamasını görüntülədi. Mennonitlər texnologiyadan imtina edən bir xalqdı. Kəndin xüsusi qaydaları var. Axtarışlara görə Mennonitlərin sayı 1,5 milyon-dur.
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az