t s

» » Yaxın günlərdə Qazaxda barama tədarükünə başlanılacaq

Yaxın günlərdə Qazaxda barama tədarükünə başlanılacaq

8-06-2019, 00:28 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 69 Çap et
Yaxın günlərdə Qazaxda barama tədarükünə başlanılacaq
"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Sərəncamdan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsini barama istehsalının ildən-ilə artmasından da aydın şəkildə görmək olar. Son illər baramaçılıq Qazaxda da ildən-ilə inkişaf etdirilən sahələrdən birinə çevrilib. Belə ki, rayonda 2016-cı ildə 1502 kq yaş barama təhvil verən qazaxlı kümçülər 2017-ci ildə bu rəqəmi 4623 kq-a çatdırıblar. 2018-ci ildə 6260 kq yaş barama istehsal olunaraq "Azəripək” ASC-yə təhvil verilib. Cari ildə isə kümçülər tərəfindən 8 ton yaş baramanın istehsalı nəzərdə tutulub.

Mediaxeberleri.az xəbər verir ki, bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Cəfərli və Xanlıqlar kəndlərində olub baramanın mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə bildirilib ki, baramaçılıqda demək olar ki, məhsul mövsümüdür. Belə ki, ipəkqurdları beçinci yuxunu başa vuraraq barama sarımağa başlayıb. Beşinci yaşda bəsləmə tədbirləri barədə məlumat verən kümçülər qeyd ediblər ki, ipəkqurdu üçün sonuncu yaşda ən vacib məsələ yemin normativlər əsasında verilməsi, yer sıxlığının azaldılması, havalandırmanın düzgün qurulmasıdır. Yarpaqlar qurudularaq verilməlidir, əks halda, kümxanada xəstəlik yarana bilər. Rayon rəhbərinə bildirilib ki, artıq bir neçə günə baramanın tədarükünə başlanılacaq.

Məlumat üçün onu da qeyd edək ki, bu gün xeyli sayda kənd sakini baramanın yetişdirilməsində çalışır. Hətta onların arasında ölkə Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərə cəlb olunan sakinlər də var. Bu gün "DOST İş Mərkəzi" MMC-də çalışan hər bir kənd sakini istər ictimai işin təşkilinə, istərsə də ölkəmizdə baramaçılığın inkişafına görə ölkə rəhbərinə minnətdarlıq edirlər.Hər il olduğu kimi kümçülər bu il də daha çox məhsul götürməyi qarşıya məqsəd qoyduqlarını söyləyirlər.

Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini də verib.

Yaxın günlərdə Qazaxda barama tədarükünə başlanılacaq
Yaxın günlərdə Qazaxda barama tədarükünə başlanılacaq
Yaxın günlərdə Qazaxda barama tədarükünə başlanılacaq

Yaxın günlərdə Qazaxda barama tədarükünə başlanılacaq




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:28 Cari ildə Ağstafada 5,0 tondan artıq barama istehsalı gözlənilir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonu üçün ənənəvi məşğuliyyət sahəsi hesab edilən baramaçılığın bərpası və inkişafı istiqamətində tədbirlər uğurla icra olunmaqdadır. Artıq dördüncü ildir ki, rayonda baramaçılıqla məşğul olmaq
15:54 İcra başçısı ipəkqurdunun mövcud vəziyyəti ilə maraqlanıb Son illər respublikamızda dövlət dəstəyi sayəsində yenidən bərpa edilən məşğuliyyət sahələrindən biri olan baramaçılıq uğurla inkişaf etdirilir. Hələ sovet dövründən əməktutumlu, az zəhmət tələb edən və kənd adamlarına əlavə gəlir qazandıran bir fəaliyyət növü kimi formalaşan bu sahənin inkişafı
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
20:31 Qazax: abadlıq və tərəqqi ünvanı Bu gün respublikamızın bütün bölgələrində irimiqyaslı layihələrin həyata keçirilməsi geniş vüsət almışdır. Dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan irəli gələn vəzifələr ölkənin hər yerində olduğu kimi respublikanın qərb qapısı Qazaxda da uğurla həyata

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az