t s

» » Qıraq Kəsəmən kəndində səyyar görüş keçirildi

Qıraq Kəsəmən kəndində səyyar görüş keçirildi

7-06-2019, 21:37 Yazar:  Aytən Məmmədli Baxılıb: 139 Çap et
Qıraq Kəsəmən kəndində səyyar görüş keçirildi
Ağstafa rayonunun yaşayış məntəqələrində sakinlərin səyyar qəbul-görüşləri davam etdirilir. Bu gün rayon İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev Qıraq Kəsəmən kəndində növbəti səyyar qəbulunu keçirdi.

Mediaxeberleri.az
xəbər verir ki, tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan İcra başçısı ölkəmizdə mövcud sabitlik, əminamanlıq, sürətli sosial-iqtisadi inkişafdan geniş söz açdı. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqları ilə Ağstafada görülən geniş abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərindən, həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə sakinlərə ətraflı məlumat verdi. Bildirildi ki, kəndin yeni məhəllə adlanan sahəsində 550 metr uzunluğunda avtomobil yolu cari təmir edilmiş, kəndin mərkəzində Şəhidlərin xatirəsini əbədiləşdirilməsi üçün Xatirə Memorialı inşa edilmiş, əhalini içməli su ilə təmin edən su xəttinin 1200 metr hissəsində təmir işləri aparılmış, baramaçılığın inkişafı ilə əlaqədar ərazidə 1600 ədəd yeni tut tingləri əkilmiş, 8 ədəd yararsız elektrik dayağı və 1150 metr elektrik naqilləri yenisi ilə əvəz edilmiş, 2.4 km uzunluğunda təsərrüfat daxili suvarma arxları lil və kol-kosdan təmizlənmiş, əkin sahələrinin suvarılmasını yaxşılaşdırmaq üçün bir ədəd subarteziyan quyusu qazılıb sakinlərin istifadəsinə verilmişdir.

Kənd sakinləri Yeni məhəllə adlanan sahəyə qaz xətti şəkilməsini, mərkəzi avtomobil yolundan kəndin mərkəzi hissəsinə kimi asfalt örtüyünün salınmasnı, Kür çayının sahilində olan elektrik su nasoslarının bərpa edilməsi və ərazidə olan tarixi abidələrin qorunması və yenidən qurulması məsələlərinin həllinə köməklik göstərilməsini xahiş etdilər.

İcra başçısı səyyar görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.

Qıraq Kəsəmən kəndində səyyar görüş keçirildi
Qıraq Kəsəmən kəndində səyyar görüş keçirildi
Qıraq Kəsəmən kəndində səyyar görüş keçirildi
Qıraq Kəsəmən kəndində səyyar görüş keçirildi
Qıraq Kəsəmən kəndində səyyar görüş keçirildi
Qıraq Kəsəmən kəndində səyyar görüş keçirildi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
01:04 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə edildi - AĞSTAFADA 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun sosial-iqtisadi inkişafının yekunlarına dair Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Mediaxeberleri.az xəbər verir ki, tədbirdən əvvəl toplantı iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az