t s

» » Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 21 il ötür.

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 21 il ötür.

12-05-2015, 12:56 Yazar:  Fəridə Baxılıb: 517 Çap et
Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 21 il ötür.“Bişkek protokolu” mayın 12-də qüvvəyə minib.

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 21 il ötür.

Mediaxeberleri.az xəbər verir ki, 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.

Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub.

Mayın 8-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb. Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq “Böyük sülh sazişi”nə imza atmalı idilər.

Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in Dağlıq Qarabağ üzrə daimi komitəsi yaradılıb.

Qeyd edək ki, 1993-cü ilin dekabr ayından etibarən Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində uğurlu hücum əməliyyatları keçirməyə başlayıb. Cəbhə xəttinin cənub istiqamətində hücum edən Azərbaycan Silahlı Qüvvələri Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsini azad edib.

Lakin Azərbaycan Ordusunun 1994-cü ilin fevral-mart aylarında Ağdam-Tərtər və Murovdağ istiqamətində hücumları istənilən nəticəni verməyib. Ermənistan Ordusu bütün ehtiyat qüvvələrini cəbhənin adıçəkilən istiqamətinə və şimalına yönəltməklə, Azərbaycan Ordusunun hücumunu dayandırmağa müvəffəq olub.

Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında Ağdam və Tərtər istiqamətində həyata keçirdiyi hava dəstəyi nəticəsində Ermənistan Ordusunun əsas ehtiyat qüvvələri məhv edilib. Məhz bundan sonra Rusiyanın işə qarışması ilə atəşkəsin imzalanmasına dair danışıqlara start verilib.

Atəşkəsdən ötən 21 il ərzində müxtəlif məlumatlara görə, cəbhə xəttində 6 mindən artıq Azərbaycan hərbçisi düşmən gülləsi, mina partlayışları, qar uçqunu və digər səbəblərdən həlak olub (APA).




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:35 Ermənistan təsdiqlədi: "Azərbaycan iki hərbi maşınımızı partladıb" (VİDEO) Ermənistan Müdafiə Nazirliyi bu gün Azərbaycan KİV-lərində düşmən ölkənin silahlı qüvvələrinin iki hərbi yük maşınının partladıldığını əks etdirən videogörüntülərin həqiqi olduğunu təsdiqləyib. Mediaxeberleri.az dia.az-a istinadən xəbər verir ki, açıqlamada mina partlayışının məsafədən idarəetmə
20:23 2015-ci ildə məhv edilmiş erməni hərbçiləri QHT-lər bu itkilərin rəsmi itkilərdən qat-qat çox olduğnu bildirir. 2015-ci ilin əvvəllərindən Ermənistan silahlı qüvvələri cəbhə xəttində görünməmiş sayda itki veriblər. İtkilərin dəqiq sayı məlum olmasa da, hərbi sahədə monitorinq aparan QHT-lər bu itkilərin rəsmi itkilərdən qat-qat çox olduğnu
10:00 Cəbhədən son xəbər - Sutka ərzində atəşkəs rejimi ümumilikdə 33 dəfə pozulub Cəbhə xəttində atəşkəs yenidən pozulub. Müdafiə Nazirliyindən Mediaxeberleri.az-a verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 33 dəfə pozub. Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız
00:46 Ohanyan bizi hədələdi - Ermənistan müdafiə naziri əsgərlərin dəfn mərasiminə qatılıb Fevralın 28-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində öldürülən düşmənin diversiya qrupunun iki üzvünün dəfn mərasiminə qatılan Seyran Ohanyan Azərbaycanı hədələyib. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, məhv edilən ermənilərin yaxınlarına başsağlığı verən
23:07 Azərbaycan Ordusu erməni polkovniki öldürüb Ermənistan müdafiə naziri Seyran Ohanyan açıqlama verdi Fevralın 28-də cəbhə xəttində öldürülən hərbçilərdən biri podpolkovnikdir. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bunu Ermənistan müdafiə naziri Seyran Ohanyan deyib. Onun sözlərinə görə, həmin gün Azərbaycan və

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az