t s

» » Səs-küylü cinayətin dəhşətli təfərrüatı – Arvadını anasızlıqla öldürən direktor məhkəməyə əlil arabasında gəldi

Səs-küylü cinayətin dəhşətli təfərrüatı – Arvadını anasızlıqla öldürən direktor məhkəməyə əlil arabasında gəldi

7-06-2019, 15:28 Yazar:  Firuzə Baxılıb: 63 Çap et
Səs-küylü cinayətin dəhşətli təfərrüatı – Arvadını anasızlıqla öldürən direktor məhkəməyə əlil arabasında gəldiArvadını yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən "Buta Palace”nin art direktoru Ramiz Taxveliin məhkəmə prosesi başlayıb.

Mediaxeberleri.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesə R. Taxveli məhkəməyə əlil arabasında gətirilib.
O, proses zamanı rabitəsiz olaraq tez-tez "nə olar, belimi qaşıyın" deyərək ağlayıb.

Prokuror ittiham aktını elan edib.

Məlum olub ki, Taxveli ilk qızı Aliyanin epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib. O, dekabrın 9-u axşam saat 22 radələrində marixuana qəbul edərək, arvadı Adelyanı yuxudan oyadaraq döyüb və işgəncə verib. Daha sonra onu saçından tutub sürüyərək otaqları gəzdirib, uşaqların yatdığı otağa apararaq onlarla vidalaşmağa məcbur edib. Həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırpıb. Bu zaman epilepsiya xəstəsi olan Aliya başından xəsarət alıb. Uşaqlar atalarına yalvarıb analarını çağırsalar da, R. Taxveli buna əhəmiyyət verməyib. Adelyanı sürüyərək balkona çıxarıb, orada ayaqlarından tutaraq yuxarı qaldırıb və balkondan aşağı atıb.

O, marixuana çəkdiyini etiraf edib və buna görə də özünü təqsirli bilməyib: "Hərdən bir çəkirdim. Maşında olanların isə kimin olduğunu bilmirəm, amma mənim ola bilməzdi. Qızımı yerə vurmağım isə mümkün deyil. Hamısı şər-böhtandır. Bizi tanıyanlar bilir ki, belə bir şey ola bilməz. Biz bir-birimizi çox sevirdik".

Mərhum A. Taxvelinin anası Samirə Süleymanova ifadə verərək deyib ki, qızı və Ramiz özləri tanış olub bir-birilərini seviblər:
"Məktəbdə bir yerdə oxuyublar. Sonra qızım oxumağa ABŞ-a getdi, qayıdandan sonra yenə danışdılar. Adelyanın 19 yaşı olanda evləndilər. Qızım onu çox istəyirdi, Ramizin xasiyyəti pis idi. Nəvəm Aliyanı həmişə biz müalicə etdirirdik. Ramiz yaxın durmurdu, pul da vermirdi".

Hüquqi varis bildirib ki, hadisə günü axşam saat 12-də Ramiz "WhatsApp"da mənə qanlı barmaq şəkli atıb: "Bir az sonra mənə yazdı ki, "bağ evində özümü şübhəli aparmışam, kimisə incitməmişəm?" Mən də dedim yox, mesaj yazdı ki, "öldürə bilmirəm də", soruşdum "məni?", dedi "hə, ancaq Aliyaya yazığım gəlir". Bir az sonra yazdı ki, bunları yadından çıxart. Ardıyca yolka şəkli atıb "bu bizim yolkamızdı, bu gecə rahat yat" yazdı. Son cümləni bir neçə dəfə təkrar yazdı, mən qızıma zəng etdim. Adelya yuxulu idi, dedi uşaqların yanında yerdə yatıb qalmışam. Ramizin yazdıqlarını dedim, Adelya dedi fikir vermə, sağollaşdı. Səhər saat 8-də evdən çıxanda gördüm bacımla qohumlarımız gəlib qapının ağzında dayanıb. Dedilər Adelya yıxılıb, əzilib. Xəstəxanaya getmək istəyəndə dedilər, vəfat edib".

Proses iyunun 14-də davam etdiriləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:38 Qonağa vurulan gəlin - Ataqamdan Yeni Hekayə Mediaxeberleri.az kulis.az-a istinadən Ataqamın “Oyconbi” hekayəsini təqdim edir. Timurçin Babakulovla ezamiyyətimin səhəri, məni özbəklərin qonaq evindən götürüb idarəyə aparanda tanış oldum. İdarədə sürücü işləyirdi. Sarımtıl seyrək bığı, sarısunqur saqqalı, üzündəki aşırı qabarıq cizgilərin
21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az