t s

» » Rusiyada keçmiş kəşfiyyatçını öldürən dörd erməni tutuldu

Rusiyada keçmiş kəşfiyyatçını öldürən dörd erməni tutuldu

7-06-2019, 10:08 Yazar:  Firuzə Baxılıb: 15 Çap et
Rusiyada keçmiş kəşfiyyatçını öldürən dörd erməni tutulduMoskva vilayətinin Krasnoqorsk şəhər məhkəməsinin qərarı ilə Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) keçmiş xüsusi təyinatlısı Nikita Belyankininin qətlində əli olan Saak Saakyan avqustun 2-dək həbs edilib.

Bu barədə “Moskva” agentliyinin müxbiri məhkəmə zalından məlumat verib.

Saakyan xuliqanlıq əməlinin bir qrup şəxs tərəfindən bilərəkdən törədilməsində şübhəli bilinir. Bundan əvvəl eyni maddə ilə davanın daha iki iştirakçısı - Narek Stepanyan və Suren Markosyan saxlanılıb.

Bundan əlavə, qətli törətməkdə şübhəli bilinən Sergey Xocayan da həbs edilib. O, özünü təqsirkar bilməyib:

“Mən cinayət törətməmişəm, bunu bacarmaram. Ona kömək etmək üçün yaxınlaşmışdım, sonra isə hər şeyi mənim üstümə atdılar”.

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş yefreytoru Nikita Belyankin Moskva ətrafı Putilkovo qəsəbəsində iyunun 1-də döyülərək öldürülüb.

Gecə saat 23:30 radələrində Belyankin sevgilisi ilə barın qarşısından keçərkən onlarla qafqazlının iki kişini döydüyünü görüb. Döyülənləri müdafiə etmək üçün ortaya atılan yefreytor ürəyindən bıçaqlanıb. O, hadisə yerində keçinib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az