t s

» » Putindən xanım jurnalistə: Sizi tatamidə gözləyirəm

Putindən xanım jurnalistə: Sizi tatamidə gözləyirəm

7-06-2019, 08:59 Yazar:  Firuzə Baxılıb: 38 Çap et
Putindən xanım jurnalistə: Sizi tatamidə gözləyirəm
Rusiya Prezidenti Vladimir Putin və amerikalı xanım jurnalist arasında maraqlı və bir o qədər də gözlənilməz dialoq yaşanıb.

Axar.az xəbər verir ki, Sankt-Peterburqda baş tutan Beynəlxalq İqtisadi Forumda “Blumberq”in müxbiri Rosalind Mathison Putinə Tay boksu ilə məşğul olduğunu bildirib. Lakin o, prezidentlə rinqə çıxmağa cürət etmədiyini də əlavə edib.

Putinin isə xanım jurnalistə cavabı özünəməxsus olub.

Kreml rəhbəri onunla rinqə çıxmaq istəmədiyini vurğulayıb:

“Sizinlə boks rinqində qarşı-qarşıya gəlmək istəməzdim. Bunun səbəbi qadın olmağınız deyil. Hər kəsin öz sahəsində qalmalı olduğuna inandığım üçün bunu etməzdim. Həm də mən heç bir zaman boksla məşğul olmadım.

Lakin istəyirsinizsə, sizi tatamiyə dəvət edə bilərəm. Sizinlə orada çalışmağa hazıram. Lakin əmin olun ki, cüdoda sizinlə müqayisədə üstünlüklərim var”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:13 MDB dövlət başçıları Moskvada nədən danışdılar? – ÇIXIŞLAR + VİDEO + FOTO Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəlib. Mediaxeberleri.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Rusiya Prezidenti
12:46 Yataqxanada doğuldu, 12 yaşında sevdi, anasını gizlətdi, nikah masasından qaçdı və… PREZİDENT OLDU “Səhər gec oyanır və son dərəcə sadə nahar edir. Səhər yeməyində favoriti yumşaq ağ pendirdir. Keyfi yaxşı olanda bildirçin yumurtası da yeyir. Hər şeyin təbii və təzə olması şərtdir. Buna görə yemək üçün bütün tərəvəzlər kəndlərdən gətirilir. Ölkəsini isə Novo-Oqaryovodakı villasından idarə edir”.
17:48 Putin körpüləri yandırdı: Türkiyənin təhqirindən sonra geriyə yol qalmadı Qabil Hüseynli: “Putinin öz lovğa və təkəbbürlü çıxışı ilə Türkiyənin təhqir etməsi, iki ölkə arasındakı münasibətlərin yaxşılaşması istiqamətindəki bütün səyləri alt-üst elədi” Putin yenidən bütün dünyanın diqqətini cəlb etməyi bacardı. Dekabrın 17-də Rusiya prezidenti sayca 11-ci mətbuat
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az