t s

» » “Ümid edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında saziş tezliklə imzalanacaq” – Almaniyanın dövlət rəsmisi

“Ümid edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında saziş tezliklə imzalanacaq” – Almaniyanın dövlət rəsmisi

6-06-2019, 21:20 Yazar:  Aytən Məmmədli Baxılıb: 95 Çap et
“Ümid edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında saziş tezliklə imzalanacaq” – Almaniyanın dövlət rəsmisi
“Azərbaycanın NATO ilə əməkdaşlığı Əfqanıstandakı sülhyaratma missiyalarına və tranzit daşımalarına əhəmiyyətli töhfə verir”

Mediaxeberleri.az
xəbər verir ki, bunu AFR Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert Berlin şəhərində 28 May – Respublika günü və Azərbaycan Respublikasının diplomatik xidmətinin 100 illik yubileyi ilə əlaqədər keçirilən tədbirdə çıxışı zamanı deyib. O, qeyd edib ki, Almaniya və Azərbaycan arasında bütün sahələrdə dinamik münasibətlər mövcuddur: “Azərbaycan Cənubi Qafqazda Almaniyanın əsas iqtisadi tərəfdaşıdır və Avropanın enerji təhlükəsziliyinə böyük töhfə verir.
Ölkələrimiz arasında eyni zamanda mədəniyyət və təhsil sahəsində sıx əməkdaşlıq mövcuddur. Bunun bariz nümunəsi kimi Göte İnstitutunun Bakı filialının təsis ediliyini, bu institutun insanları və mədəniyyətləri bir araya gətirdiyini, bununla da ölkələr arasıdakı münasibətlərə töhfə verdiyini qeyd edə bilərik. Ümid edirəm ki, tez bir zamanda Almaniyada Azərbaycan mədəniyyət evi də açılacaq. Azərbaycanda alman dili intensiv şəkildə öyrənilir və Azərbaycandan Almaniyada 1000-dən çox tələbə təhsil alır. Mən ümid edirəm ki, Azərbacyan və Almaniya arasında mədəniyyət sahəsində saziş və Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli əməmkdaşlıq sazişi tezliklə imzalanacaq”.
Daha sonra M.Zibert Almaniya Azərbaycan əməkdaşlığının digər aspektlərinə toxunaraq, Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra onun 80-dən çox diplomatının AFR XİN-in diplomatik akademiyasında təlim keçdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az