t s

» » Yalançı çobana saxta məlumat verilib - Zərif

Yalançı çobana saxta məlumat verilib - Zərif

6-06-2019, 09:08 Yazar:  Firuzə Baxılıb: 37 Çap et
Yalançı çobana saxta məlumat verilib - Zərifİran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tvitter hesabında ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu "yalançı çoban" adlandıraraq, MOOSSAD-ın ona saxta məlumatlar verdiyini bildirib.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi yazıb. Məlumata görə, Boltonun Fuceyrada 4 ticarət gəmisinə edilən hücumun arxasında İranın olduğuna dair dəlillərin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təqdim edəcəyi ilə bağlı açıqlamasına münasibət bildirən Zərif həmin dəlillərin saxta olduğunu bildirib:

"B komandasının "yalançı çoban"ı növbəti dəfə yalandan fərhad qoparır. MOSSAD Fuceyradakı təxribatda İranın əli olduğuna dair saxta məlumatlar yayır. Siz onların yalanlarına inandıqca nələrin baş verəcəyini bilirsiniz. Bu oyunu biz əvvəl də gördük".

Qeyd edək ki, Fuceyra limanında mayın 12-də bir neçə tanker partladılıb. BƏƏ baş verənləri diversiya hücumu adlandırsa da, Səudiyyə Ərəbistanı birbaşa İranı ittiham edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:52 “Tramp İlham Əliyevə 4 məktub ünvanlayıb” – ABŞ-ın yeni səfirindən ilginc açıqlamalar Səfir Litzenberger: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini dəstəkləyir" ABŞ-ın Azərbaycandakı yeni səfiri Li Litzenberger (Lee Litzenberger) ilk tam həcmli müsahibəsini "Turan" İnformasiya Agentliyi və "Amerikanın Səsi" radiosuna verib. Səfir "Amerikanın Səsi" və "Turan"
22:47 Ermənistanın daha iki qapısı bağlanır: ÇÖRƏK İMTAHANI ABŞ-ın Tehran rejiminə tətbiq etdiyi sanksiyalar Ermənistanda bank hesabları olan iranlılar üçün ciddi problem yaradıb. Onların hesabları dondurulmaq təhlükəsi ilə üzləşib. Problem İranda anadan olan və Ermənistanda yaşayan ermənilərə də təsir göstərib. Yəni İranda anadan olmuş və hər iki ölkənin
21:25 Əli Həsənov: Azərbaycan 2017-ci ildə İslam dünyasının diqqət mərkəzində olacaq Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində Ər-Riyadda Səudiyyə Jurnalistləri Assosiasiyasının idarə heyətinin sədri, Körfəz Ölkələri Jurnalistlər Birliyinin sədri, “Əl-Cəzirə” qəzetinin baş redaktoru
07:55 “Onun kitabını oxuyanlar dərhal həbs olunur” “Səudiyyə Ərəbistanı İŞİD-in leqal formasıdır“ – Elbəyi Həsənlinin yazısı Bu yaxınlarda araşdırdığım “Vəhabilər Kərbəlanı necə viran qoydular – vəhşətin tarixi” adlı yazımın girişində belə bir məqama diqqət çəkmişdim: ““The İndependent” barmağını Yaxın Şərqə tuşlayaraq yazır ki, Səudiyyə
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az