t s

» » Bir-birindən dadlı dietik salatların HAZIRLANMA QAYDALARI - RESEPTLƏR

Bir-birindən dadlı dietik salatların HAZIRLANMA QAYDALARI - RESEPTLƏR

4-06-2019, 13:38 Yazar:  Firuzə Baxılıb: 34 Çap et
Bir-birindən dadlı dietik salatların HAZIRLANMA QAYDALARI - RESEPTLƏR
Həm sağlam qidalanma, həm də yay dieti deyəndə ağla ilk salatlar gəlir.


Medicina.az hər birinin özünəməxsus dadı, rəngi, aroması olan salatların hazırlanma qaydalarını təqdim edir.


1. QOZLU, MOTAL PENDİRLİ SALAT


1 porsiyası təxminən 400 kalori olur. Ana yeməklərin yerinə bir dilim buğda (qara) çörəyi ilə yeyə bilərsiniz.


Resept:


- İki yarpaq əkin induası
- İki xörək qaşığı zeytun yağı
- 3 ədəd orta boy pomidor
- 1 xörək qaşığı balzamik sirkə
- 1 çay qaşığı yodlu duz
- 3 dilim motal pendiri
- 10 ədəd qoz

Hazırlanma qaydası:


Əvvəlcə qozu ləpələyib zeytun yağında qovurun (hətta ləpəni bir neçə yerə bölün). Pomidorları doğrayıb boşqabın kənarlarına düzün. Əkin induası tərəvəzini parçalara ayırıb qaba qoyun. Motal pendirini göyərtinin üzərinə səpin. Qozu da əlavə edib, ehmalca qarışdırın. Zeytun yağı, nar turşusu, balzamik sirkə və duzlu bir sous hazırlayıb, hamısını birgə qarışdırın. Dadlı salatınız hazırdır. Nuş olsun!



2. TOYULQU SEZAR SALATI


1 posriyası 450 kaloriyə bərabərdir. Mayonez əvəzinə yoğurt istifadə etsəniz, kalori dəyəri azalır. Balanslı nahar yeməyi üçün 2-3 ədəd kəpəkli krakerlə qəbul edə bilərsiniz.


Tərkibi:


• 0,5 baton (200 q)
• 300 q toyuğun döş əti
• 1 iri kahı dəstəsi
• 50 q parmesan pendiri
• 1 diş sarımsaq
• 1 pomidor (zövqə görə)
• 100 ml zeytun yağı
• Duz, istiot


"Sezar" sousu:


Klassik amerikan sousu:
5 ədəd dənəvər istiot
0,5 ədəd sarımsaq
1 çimdik duz
1 x.q. vuster sousu
3 yumurtanın sarısı
75 ml zeytun yağı
1/4 limon şirəsi
Bir qədər dijon xardalı


Hazırlanma qaydası:




Toyuğun döş ətinə duz və müxtəlif istiotların qarışığını çəkin. Qida plyonkasına büküb bir neçə saat soyuducuda saxlayın. Tavada zeytun yağını qızdırıb əzilmiş, yaxud doğranmış sarımsağı qızılı rəng alanadək qovurun. Sarımsağı çıxarıb atın. Əgər çox saxlasanız, yağdan pis qoxu gələcək. Quru çörək batonunu kubik şəklində doğrayın. Bu çörək kubiklərini sarımsaq ətirli yağda qızılı rəng alanacan qızardın.

Toyuğun döş ətini qızmar tavada tam bişənəcən qızardın (hər tərəfini təxminən 3-5 dəqiqə). Tavanın qapağını örtməyin, yoxsa ətin şirəsi çıxacaq və o, bərk olacaq.

Klassik sous. Bu sousun tərkibində vuster sousu var, amma onu şəkərli-limonlu ançous sousuyla əvəz etmək olar (həvəngdəstədə 1 ançousun filesini döyün, yarım diş sarımsaq, bir neçə dənəvər istiot, yarım çay qaşığı şəkər tozu və 1 çimdik duz əlavə edib döyün).

Vuster və ya ançous sousuna 3 yumurtanın sarısını əlavə edib qarışdırın, zeytun yağı damızdırın, sousu çalın. Çəngəllə çala-çala arada zeytun yağı damızdırın. 3 yumurta sarısına təxminən 75 ml zeytun yağı lazımdır. Yarım limonun şirəsini və dijon xardalı da əlavə edib qarışdırın. Sous mayonezə oxşayacaq.

Vuster sousu istifadə edirsinizsə, ondan 1 x.q. götürün və bu zaman şəkər tozundan istifadə etməyin, limon şirəsini isə 1/4-ə endirin. Çünki vuster sousu özlüyündə elə balıq, şəkər tozu və turşunun (sirkənin) qarışığıdır.

Salatı qoyacağınız qaba sarımsaq sürtün. Kahı yarpaqlarını əlinizlə iri doğrayın, boşqaba düzün. Üzərinə sous gəzdirin. Parmesan pendiri səpin.
Doğranmış toyuq ətini üstünə düzün. Yenə üzərinə sous gəzdirin.

Suxarıları əlavə edin, sous gəzdirin, parmesan səpin və gözlətmədən süfrəyə verin. Salata xırda doğranmış pomidor da əlavə edə bilərsiniz.

NUŞ OLSUN!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:38 Qonağa vurulan gəlin - Ataqamdan Yeni Hekayə Mediaxeberleri.az kulis.az-a istinadən Ataqamın “Oyconbi” hekayəsini təqdim edir. Timurçin Babakulovla ezamiyyətimin səhəri, məni özbəklərin qonaq evindən götürüb idarəyə aparanda tanış oldum. İdarədə sürücü işləyirdi. Sarımtıl seyrək bığı, sarısunqur saqqalı, üzündəki aşırı qabarıq cizgilərin
23:06 7 günə 7 kilo arıqladır - Qadınların ən effektiv SU PƏHRİZİ İnsan orqanizminin 75 faizi sudan ibarətdir. Suyu mütəmadi olaraq kifayət qədər qəbul etdikdə maddələr mübadiləsini sürətləndirir. Bu xüsusiyyətinə görə sudan arıqlamaq üçün istifadə edilir. Diyetoloqlar hətta su pəhrizi belə hazırlayıblar. Bu pəhrizlə gündə 7 kilo çəki vermək mümkündür.
07:56 Saçlarınıza mayonez çəkin və yuyun... - Sousun 7 faydalı istifadə qaydası Mayonez dünya mətbəxində ən çox istifadə olunan souslardan biridir. Xüsusilə fast-food restoralarında daha çox istifadə olunur. Lakin mayonez qidalardan əlavə, bədən baxımında da istifadə olunur. Mediaxeberleri.az mayonezin bədən baxımında necə istifadə olunduğuna dair bir neçə üsulu təqdim edir.
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
01:36 Narla müalicə - RESEPTLƏR Müqəddəs Qurani Kərimdə narın həm dünyamızın, həm də cənnətin ən gözəl meyvələrindən olduğu haqqında məlumatlar verilir. Nar Quranda ən çox adı çəkilən meyvələrin içində 4-cüdür ( xurma, zeytun, üzüm, nar) Narın tərkibində zəngin kalium, fosfor, kalsium,natrium, dəmir kimi minerallar və A, B1, B2,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az