t s

» » Paşinyanın Şuşada oynadığı Azərbaycan yallısı – Video

Paşinyanın Şuşada oynadığı Azərbaycan yallısı – Video

3-06-2019, 22:25 Yazar:  Firuzə Baxılıb: 114 Çap et
Paşinyanın Şuşada oynadığı Azərbaycan yallısı – Video
Ermənistan Baş naziri Nikol Paşinyanın işğal altında olan Azərbaycan torpağı Şuşada yallı oynamasından sonra qısaca araşdırma apardıq və məlum oldu ki, bu, Azərbaycanın “Çimənkənd” yallısıdır. Sadəcə, bu vaxta qədər sözügedən yallı nota köçürülmüş şəkildə qalıb. Yəni ifa edilməyib və quruluş verilməyib.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli bir qədər əvvəl saytımıza verdiyi açıqlamada həm yallının notunu, həm də pianoda ifasını təqdim etdi.

O bildirdi ki, “Çimənkənd” Azərbaycan yallısıdır, lakin təəssüf ki, zamanında buna sahib çıxmamışıq.

Azərbaycanın 200-dən artıq və bunlardan bir çoxu ifa edilib. Ermənilər isə axtarıb-araşdıraraq, məhz ifa edilməmiş yallını seçib, mənimsəməyə çalışıblar.

Biz daim ermənilərin həm maddi-mədəni, həm də də torpaq iddiaları qarşısında geri çəkilmişik. Onlar Azərbaycana qarşı mənimsəmə siyasətini təkcə torpaq məsələsində deyil, bütün cəbhələrdə aparırlar. Biz bu düşünülmüş erməni siyasətinin qarşısını almaq üçün öz dəyərlərimizə - abidələrimizə, musiqimizə, mətbəximizə sahib çıxmağı bacarmalıyıq. Mətbəximizin, musiqimizin, abidələrimizin ən gözəl nümunələrini ermənilərə bəxş edə-edə onların “qədim xalq” obrazı yaratmalarına dolayısı ilə yardım etmişik. Özləri haqda “qədim və böyük mədəniyyət daşıyıcısı” imici formalaşdırandan sonra işğallara başlayıb ermənilər.

Axar.az üzə çıxardığı “Çimənkənd” yallısını tanınmış sənətkarlar - əməkdar artistlər Şirzad Fətəliyev, İlham Nəcəfov, balaban ifaçısı Məqsəd Əzizov, nağaraçı Elçin Qurbanov, qoşanağara ifaçısı Elçin Vəliyev və davulçu Asif Ağayev ifasında lentə aldırıb.

P.S. Çimənkəndi istəyiriksə, əvvəlcə “Çimənkənd yallısı”na sahib çıxaq:





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:37 Paşinyan Şuşada hansı yallımıza oynadı? – Video Ermənistan Baş naziri Nikol Paşinyanın Şuşanın işğalının 27-ci ildönümü münasibətiylə keçirilən tədbirdə oynadığı Yallı Azərbaycanın “Çimənkənd” yallısıdır. Bu sözləri Kult.az-a açıqlamasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az