t s

» » “Hacı Murad oğurluğu” ilə bağlı yeni faktlar - Azərbaycandan çıxarılmayıb

“Hacı Murad oğurluğu” ilə bağlı yeni faktlar - Azərbaycandan çıxarılmayıb

3-06-2019, 18:23 Yazar:  Firuzə Baxılıb: 58 Çap et
“Hacı Murad oğurluğu” ilə bağlı yeni faktlar - Azərbaycandan çıxarılmayıb
Qax rayonunda Şeyx Şamilin yaxın silahdaşı olmuş Hacı Muradın qalıqlarının qəbirindən oğurlandığı məlum olub.

Bu xəbəri Oxu.Az-a Qax rayon Polis İdarəsindəki məlumatlı mənbə təsdiq edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Hacı Muradın qalıqlarının ölkədən çıxarılmasına dair yayılmış xəbərlər isə həqiqəti əks etdirmir. Belə ki, oğrular nəzarətdən yayınıb sərhədi keçə bilməzlər. Dağıstanın rəsmi şəxsləri də naibin sümüklərinin Xunzaxda basdırılması xəbərini inkar edir.

Sirli oğurluğun iştirakçılarının şəxsiyyəti hələ də məlum deyil. Onların tapılması istiqamətində iş aparılır.

Qeyd edək ki, mayın 30-da sosial şəbəkələrdə Maqomed Əmirxanov adlı birinə (Xunzax kəndinin dəfn məsələləri üzrə təşkilat komitəsinin sədri - red.) istinadən məlumat yayılmışdı ki, Şeyx Şamilin silahdaşının qalıqları Dağıstanda basdırılacaq.

Son iki gündə isə Rusiya mətbuatı Hacı Muradın qalıqlarının Dağıstana aparıldığı və Xunzax rayonunda basdırıldığını yazır. Hətta yayılan videoda Azərbaycanda naibin məzarının qazıldığı görünür. Hacı Muradın qalıqlarının mayın 31-də Azərbaycandan qeyri-qanuni yolla aparıldığı ehtimal edilirdi.

Sosial şəbəkələrdə iddia olunurdu ki, bu qalıqları Dağıstanın Tselmes kəndindən olan bir qrup gənc oğurlayıb.

Lakin Xunzax rayon administrasiyası da xəbəri yerli mətbu orqanlarına təsdiqləməyib.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Hacı Muradın qalıqlarının oğurlanması barədə yayılan məlumatları Oxu.Az-a şərh edərək bildirib ki, hazırda Qax rayon hüquq-mühafizə orqanları hər hansı araşdırma aparmırlar.

Qeyd edək ki, avar mənşəli hərbçi Hacı Murad Şeyx Şamilin “sağ əli” hesab olunub. Onun başı Sankt-Peterburqda Etnoqrafiya və Antropologiya Muzeyində saxlanılır. Naib 1852-ci ildə öldürülüb. Vaxtilə Hacı Muradın kəllə sümüyünün Azərbaycan tərəfinə verilməsi məsələsi müzakirə olunmuş, lakin danışıqlar uğursuz alınmışdı.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az