t s

» » Güləşçimiz erməni rəqibinə dərs keçdi

Güləşçimiz erməni rəqibinə dərs keçdi

3-06-2019, 16:45 Yazar:  Firuzə Baxılıb: 34 Çap et
Güləşçimiz erməni rəqibinə dərs keçdiİspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilər arasında Avropa çempionatında Azərbaycan güləşçisi Laçın Vəliyev erməni rəqibi ilə qarşılaşıb.

Azərbaycan Güləş Federasiyasının məlumatına görə, 87 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Hakob Baqdasaryana dərs keçərək (9:0) növbəti mərhələyə yüksəlib. Bundan əvvəl L.Vəliyev finlandiyalı Yuho Matias Pahikayneni eyni hesabla məğlub edib. Onun 1/4 finalda rəqibi macar David Losonşi olacaq.

Digər təmsilçilərimizdən Zaur Əliyev (55 kq) Avropa çempionatına iddialı start verib. Güləşçimiz birinci görüşündə Bolqarıstan idmançısı Denis Demirova ilk hissə bitmədən qalib gəlib – 9:0. Onun 1/4 finaldakı rəqibi Danimarka təmsilçisi Nikolay Soheyl Məhəmmədi olacaq.

63 kq-da yarışan Zaur Nuriyev də yarışa zəfərlə başlayıb. Təmsilçimiz portuqaliyalı rəqibi Daniel Morais Kaldası cəmi 36 saniyəyə məğlub edərək (8:0) 1/4 finala vəziqə qazanıb. Bu mərhələdə Z.Nuriyev gürcü Leri Abuladze ilə qarşılaşacaq.

Sərxan Məmmədov da 1/4 finala yüksəlməyi bacarıb. O, ilk görüşdə Çexiyadan olan rəqibini vaxtından əvvəl məyus edib – 12:3.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:26 AÇ-nin son günündə güləşçilərimizdən daha dörd medal - YENİLƏNİB İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatında daha bir idmançımız medal qazanıb. Mediaxeberleri.az xəbər verir ki, 125 kq çəki dərəcəsində Rahid Həmidli Polşa idmançısı Yakub Brılovski ilə qarşılaşıb. İdmançımız rəqibinə 6:4 hesabı ilə qalib gəlməklə,
09:11 Güləşçimiz dünya çempionatında gümüş medal qazandı Rusiyanın Moskva şəhərində hərbçilər arasında güləş üzrə keçirilən 33-cü dünya çempionatı davam edir. Mediaxeberleri.az “Reporta” istinadən xəbər verir ki, bu gün güləşin yunan-Roma növü üzrə 60 kiloqram çəki dərəcəsində final qarşılaşması baş tutub. Qızıl medal uğrunda keçirilən görüşdə
21:29 Güləşçilərmiz erməni rəqiblərini məğlub etdi - VIDEO İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk gün güləşçilərimiz üçün uğurlu sayıla bilər. Bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, bu ildən etibarən yeniyetmə
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az