t s

» » "Azərbaycan millisinin müdafiəsini yarmaq çətindir" - Baş məşqçi

"Azərbaycan millisinin müdafiəsini yarmaq çətindir" - Baş məşqçi

3-06-2019, 09:57 Yazar:  Firuzə Baxılıb: 33 Çap et
"Azərbaycan millisinin müdafiəsini yarmaq çətindir" - Baş məşqçi
“İordaniya komandası haqda məlumatım yoxdur. Bir neçə oyunlarının videosuna baxmışam. Müdafiədə intizamlı, sərt komandadır”.

Bu sözləri Avro-2020-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal bu gün keçirdiyi mətbuat konfransında deyib.

İordaniya ilə keçiriləcək yoldaşlıq görüşü ilə bağlı danışan çalışdırıcı yığmamızla matçın vacibliyindən bəhs edib: "İordaniya ilə görüşdə geniş heyətdən istifadə edəcəm. Çünki Azərbaycan oyun bizim üçün çox vacibdir. Matça yaxşı hazırlaşmaq üçün 10 gün vaxtımız var. Futbolçularım peşəkardırlar və dərk edirlər ki, hədəfimiz qələbədir. Doğrudur, qrupumuz çox balanslı görünür, buna görə də Azərbaycandakı hər hansı itki bizim üçün problem olacaq. Demək istəmirəm ki, bununla da bütün ümidlərimiz sona çatacaq, amma bunun çox vacib qarşılaşma olduğu şübhəsizdir. Uzun yol və bizi gözləyən isti hava ilə də mübarizə aparmalıyıq. İndidən Bakıda 31 dərəcə isti var. Xorvatiya – Azərbaycan matçını izləmişik. Rəqibimizin müdafiə səddini yarıb qapısına qədər irəliləmək çətindir. Qol vurmaq üçün sürətli hücumlar və cinahdan ötürmələrdən yararlanmalıyıq".

Qeyd edək ki, Avro-2020-nin seçmə mərhələsində iyunun 8-də Macarıstanla qarşılaşcaq millimiz iyunun 11-də isə Slovakiyanı sınağa çəkəcək. Hər iki görüş Bakıda olacaq.(Teleqraf.com)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az