Efirdə qeyri-etik ifadələr işlətdiyinə görə müzakirələrə səbəb olan müğənni Rüfət Axundov yenidən qalmaqal yaradan fikirlər səsləndirib.Müğənni Rüfət Axundov rejissor Nail Naiboğlunun "21 sual" adlı "Youtube" layihəsində xəyanət mövzusunda da sualları cavablandırıb.
"Heç iki qadın arasında qalmısanmı" sualına müğənni belə cavab verib: "Əsas odur bir xanımın qəlbinə dəyməyəsən. Nə edirsən et, biri o birinin varlığından şübhələnməsin. Elə çərçivə olur ki, xəyanətə "yox" deyirəm. Xəyanət deməzdim, amma nəsə etmişəm, həyatdır da".
O, Aynur Dadaşova ilə münasibətlərinə də aydınlıq gətirib:
"Dost olmuşuq, ona simpatiyam olub, amma sevgili olmamışıq".Teleqraf.com
Öz şərhini bildir: