t s

» » Zəlimxan kəndində səyyar görüş keçirildi

Zəlimxan kəndində səyyar görüş keçirildi

31-05-2019, 20:52 Yazar:  Aytən Məmmədli Baxılıb: 187 Çap et
Zəlimxan kəndində səyyar görüş keçirildi
Ağstafa rayonunun yaşayış məntəqələrində sakinlərin səyyar qəbul-görüşləri davam etdirilir. Bu gün rayon İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev Zəlimxan kəndində növbəti səyyar qəbulunu keçirdi.

Mediaxeberleri.az
tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan İcra başçısı ölkəmizdə mövcud sabitlik, əminamanlıq, sürətli sosial-iqtisadi inkişafdan geniş söz açdı.

Qeyd olundu ki, əldə olunan uğurlar, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin etmişdir. Bütün bu amillər heç şübhəsiz vətəndaşların rifah halının yüksəlməsinə şərait yaratmış, minimum əmək haqqı və pensiyalar təxminən 40 faiz, məcburi köçkünlərə verilən müavinətlər 50 faiz, sosial müavinətlər isə orta hesabla iki dəfədən çox artmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqları ilə Ağstafada görülən geniş abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərindən, həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələr barədə sakinlərə ətraflı məlumat verdi.

Bildirildi ki, rayonun inkişafı istiqamətində qeyd olunan bütün işlər ağstafalıların sosial rifahlarının yüksəldilməsi, onların rahat qayğısız yaşamaları üçün atılmış addımlardır.

Qəbulda iştirak edən sakinlər yeni körpələr-evi uşaq bağçanın açılmasını, yeni məhəllələrə təbii qaz xətlərinin çəkilərək sakinlərin istifadəsinə verilməsini, Qobu adlanan məhəllədə bir ədəd subartezan quyusunun qazılmasını və mərkəzi küçənin işıqlandırılmasını xahiş etdilər.

İcra başçısı səyyar görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.

Zəlimxan kəndində səyyar görüş keçirildi
Zəlimxan kəndində səyyar görüş keçirildi
Zəlimxan kəndində səyyar görüş keçirildi
Zəlimxan kəndində səyyar görüş keçirildi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
14:27 Dəmirçilər kəndində səyyar görüş keçirilib 14.03.2019 -cu il tarixdə ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən hər həftə keçirilən növbəti səyyar görüş Dəmirçilər kəndində olub. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ötən ildə qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən,
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az