t s

» » Erməni tarixçi: Qarabağı Bakıya qaytarmaq lazımdır - VİDEO

Erməni tarixçi: Qarabağı Bakıya qaytarmaq lazımdır - VİDEO

30-05-2019, 15:59 Yazar:  Firuzə Baxılıb: 44 Çap et
Erməni tarixçi: Qarabağı Bakıya qaytarmaq lazımdır - VİDEO
Erməni əsilli ukraynalı tədqiqatçı Filip Ekozyants özünün Yutub kanalında sorğu keçirib.

Axar.az xəbər verir ki, tədqiqatçı izləyicilərində 3 suala cavab verilməsini istəyib:

1. Azərbaycan və Serbiya öz ərazi bütövlüyünü bərpa etməlidirmi? Söhbət Dağlıq Qarabağ və Kosovodan gedir.

2. Bu ərazilər üzərində nəzarəti qaytardıqdan sonra Dağlıq Qarabağ və Kosovoya muxtariyyət verilməlidir?

3. Ərazilərin qaytarılmasından sonra Azərbaycan və Serbiya əhaliyə (ermənilər və kosovolular) öz ana dilindən ikinci dövlət dili kimi istifadə etmək imkanı verməlidirlər?

Ekozyantsın sözlərinə görə, insanların əksəriyyəti bu suallara müsbət cavab verib: Azərbaycan və Serbiya öz ərazi bütövlüyünü bərpa etməli, Qarabağ və Kosovoya muxtariyyət verilməli, erməni və alban dillərindən istifadəyə icazə verilməlidir.

“Çoxları Azərbaycanla bağlı suala cavab verərkən bildirib ki, SSRİ vaxtında hər şey məhz bu cür olub – ermənilər öz dillərində təhsil alıb. Heç kim onlara bunu qadağan etməyib”, - tədqiqatçı qeyd edib.

Ekozyants istifadəçilərə ünvanlandığı sualları özü də cavablandırıb. Onun sözlərinə görə, Azərbaycan və Serbiya öz ərazi bütövlüyünü bərpa etməlidir. Çünki hər iki dövlətin buna hüququ çatır.

“Bundan sonra Azərbaycan və Serbiya Qarabağa və Kosovoya muxtariyyət verməlidir. Bu düzgün olardı”, - Ekozyants qeyd edib.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:47 Müasir Azərbaycan dövləti Azərbaycanın tarixi-etnik torpaqlarının onda birində qurulub - Yasəmən Qaraqoyunlu Bu məqalə Azərbaycan Cümhuriyyətinin yüz illiyinə həsr olunur. Azərbaycan necə parçalandı. Xəzər-Qara dəniz-Kəngər (Bəsrə) körfəzi arasında yerləşərək Geostrateji baxımdan Turküstan (Şərq türklüyü) və Anadolu (qərb türklüyü) arasında bir bağ, körpü rolu oynayaraq Türk dünyasının
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az