t s

» » Azərbaycan dili fənni üzrə test imtahanı yekunlaşıb

Azərbaycan dili fənni üzrə test imtahanı yekunlaşıb

26-05-2019, 16:49 Yazar:  Aytən Məmmədli Baxılıb: 64 Çap et
Azərbaycan dili fənni üzrə test imtahanı yekunlaşıb
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində Azərbaycan dili fənni üzrə imtahanda üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün Azərbaycan dili fənnindən ikinci test imtahanı keçirilib.

Mediaxeberleri.az
Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 45 dəqiqə davam edib. İmtahanda 1285 nəfərin iştirakı gözlənilirdi.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində lazımi imtahan şəraiti yaradılıb.

Abituriyentlərə 30 test tapşırığı təqdim edilib.

Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Cari ilin (IX və XI sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100-dür. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul" qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.

Mayın 27-dən başlayaraq DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:29 Ali məktəblərə tələbə qəbulu elan edildi Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edib. Mərkəzdən Mediaxeberleri.az -a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə
10:20 Kolleclərə tələbə qəbulu elan edildi Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib. Mərkəzdən Axar.az-averilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 11-dək internet
12:10 Novruz Məmmədov tələbə qəbulu qaydalarını DƏYİŞDİ Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. Mediaxeberleri.az xəbər verir ki, qaydalara aşağıdakı dəyişikliklər olunub: 1. 1.6-cı bənddə “cari” sözü “müvafiq” sözü ilə, “90”
14:22 Ali məktəblərə qəbul qaydaları dəyişdi – Yeni tələblər və şərtlər Mediaxeberleri.az-ın məlumatına görə, dəyişikliyə əsasən qəbul imtahanına dair tələblər dəyişib. Beləliklə, müvafiq tədris ili üzrə müsabiqədə iştirak edən abituriyentlər istisna olmaqla, qəbul imtahanlarının birinci mərhələsində abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq,
09:13 Bu gündən ixtisas seçimi başladı İxtisas kodlarını, onların sayını və ardıcıl­lığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi elan edir. TQDK

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az