t s

» » Rəqsanədən qəribə paylaşımlar: İfaçı ərindən boşanır?

Rəqsanədən qəribə paylaşımlar: İfaçı ərindən boşanır?

26-05-2019, 15:57 Yazar:  Firuzə Baxılıb: 82 Çap et
Rəqsanədən qəribə paylaşımlar: İfaçı ərindən boşanır?
Müğənni Rəqsanə İsmayılova yenidən şəxsi həyatı ilə gündəmdədir. Bir müddət öncə fotosunu paylaşaraq “Qüsursuz sevən qadınlar, vəfasız kişilər“ sözlərini yazması ifaçının ərinin xəyanəti ilə üzləşməsi barədə iddiaları gündəmə gətirib. O, daha sonra paylaşdığı qəmli statuslarla diqqət çəkib.

Ötən gün yeni yaşını qeyd edən Rəqsanənin etdiyi etiraflar onun həyatı ilə bağlı iddiaları gücləndirib: "Bir qız dünyaya gəldi. Bəzən ağladı, bəzən güldü. Həyatı çox çətin, əzablı oldu, anasının əziyyəti ilə böyüdü. "Ata" adı ona çox yad gəldi. Hər kəs "ata" deyəndə, o qız boynunu büküb baxırdı. "Ata" sözünün mənasını anlamadı, çünki o sözü heç vaxt demədi. Zaman keçdi, böyüdüm, artıq Rəqsanə anadır. Bəzən xoşbəxt, bəzən bədbəxtəm. Hamını başa düşür, hər kəsin halına yanıram. Amma nədənsə, heç kim məni başa düşmür. Nə yüküm varsa, özüm tək çəkirəm. Qınayırlar, içimi bilmədən arxamca danışırlar. Həyatda nə istədimsə, Allah gec olsa da, verdi. Heç nəyimi kimsədən gizlətmərəm, hər sözümü danışaram. Nə gəlirsə, başıma sadəliyimdən gəlir. Yoruldum demədən çalışdım. Xoşbəxtlik mənə çox vaxt yad gəlir. "Bəxtəvər" deyənlərə ürəyimdə gülüb keçirəm.

Ürəyimdə aça bilmədiyim çox şey var. Həyatda nələr yaşadım, nələr gördüm, bu gün də yaşayıram. Çox şey var, amma mübarizə aparmağı bacarıram. Yaşım az olsa da, yoruldum həyatdan. Nə gözəl gündə - ilk Əhya gecəsində doğuldum. Doğulduğum gündən mübarizə aparıram. Ancaq çox yaşamaq istəmirəm, həyatdan tez köçmək istəyirəm".

İsmayılovanın özünü bədbəxt adlandırması, bütün yükü tək daşımasını qeyd etməsi və çox yaşamaq istəməməsi xüsusilə müzakirələrə səbəb olub. Çünki ifaçı hər zaman ərinin ona dəstək olduğunu, həyat yükünü onun daşıdığını qeyd edirdi. Cütlüyün əkiz övladları var. Hətta, müğənninin qızları Aysun ilə Yağmur da həyat yoldaşı Fazilin soyadını daşıyır. Həyat yoldaşı ilə xoşbəxtlik tablosu nümayiş etdirən müğənninin son paylaşımları əri ilə boşanma ərəfəsində olması ilə bağlı iddiaları gücləndirib.

Qeyd edək ki, Rəqsanənin həyat yoldaşı Moskvada restoran biznesi ilə məşğul olur. Onun restoranları var. Rəqsanə onunla ailə qurduqdan sonra restoran açaraq, azərbaycanlı müğənnilərin orada konsertini təşkil edir.

Könül,
Musavat.com




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:35 Hakimlər üç körpəni küçəyə atmaq haqqında QƏRAR VERDİLƏR - GİLEY Könül Quliyeva 4 ildir məhkəmələrdə qanuni hüququnu müdafiə etmək üçün mübarizə aparsa da, hakimlər nəinki onun, heç üç körpəsinin hüquqlarını tanımaq istəmirlər. Belə ki, Könül Quliyevanın həyat yoldaşı Muxtar Məmmədov pulunun gücünə istədiyi kimi “at oynadır”. Bu ailənin dramı dəhşət saçır.
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az