t s

» » 4 azyaşlı qızla bağlı baş həkimdən açıqlama

4 azyaşlı qızla bağlı baş həkimdən açıqlama

24-05-2019, 14:52 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 273 Çap et
4 azyaşlı qızla bağlı baş həkimdən açıqlamaAğstafa rayonunda 15 yaşlı dörd hamilə yeniyetmənin xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlər yanlışdır.

Xəstəxananın baş həkimi Fatma Vəliyeva Mediaxeberleri.az-ın sorğusuna cavab olaraq deyib ki, bəzi kütləvi informasiya vasitələrində məsələnin mahiyyəti təhrif olunmuş formada, süni ajiotaj yaratmaq məqsədi ilə yayılmış xəbərlər dezinformasiyadır:


“Səhiyyə Nazirliyinin qərarı ilə hamilələrin reyestri aparılır, təlimata uyğun olaraq hamilələr qeydiyyata götürülür. Ağstafa rayonunun ən ucqar kəndi üzrə də məlumatlar rayon mərkəzinə toplanır. Hamilələrdən şəxsiyyət vəsiqəsi, nikahı varsa ərinin şəxsiyyət vəsiqəsi götürülür. Hamilənin və zahının fərdi kitabçası açılır. Onunla birlikdə hamilə qeydiyyata alınır. Yaşı 18-i tamamlamayanlarla bağlı məlumat daxil olan kimi, hüquq-mühafizə orqanlarına məlumat veririk. Xəstəxanaya müraciət edən dörd yeniyetmə olduğu iddia edilən xanımlar gəncdirlər və daha çox yaşları var. Onların hər biri rəsmi nikah qurmuş şəxslərdir. Onlar hamiləlik dövrü keçirdikləri üçün rayon xəstəxanasına müraciət ediblər”

Bu məsələni yayanlar Səhiyyə Nazirliyindən, o cümlədən, hüquq-mühafizə orqanları ilə zəruri dəqiqləşdirmə aparsaydılar, belə anlaşılmazlıq və xoşagəlməz situasiya yaranmazdı:

“Bu cür hallar yolverilməzdir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:40 Masallıda səhiyyə sistemi necə iflic olub... - İDDİA Masallı kimi önəmli bir cənub bölgəsinin neqativ hallar məngənəsində çabalayan səhiyyə şəbəkəsindəki xoşagəlməz hallar barədə, ölkə mətbuatının səhifələrində uzun müddətdir kəskin tənqidli materiallar dərc olunur. Rayon səhiyyəsinin rəhbəri və Mərkəzi Xəstəxananın baş həkimi olan Cəlil Nəzərov da,
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
11:42 Ziya Məmmədovun adı daha bir qalmaqalda - İDDİA Sələm biznesinin ledisi olan Fatma Yolçiyeva barədə ölkə mətbuatı çox yazıb. Hətta iki il əvvəl onun qurbanlarından biri olan Məcidov Sudef Hacıbala oğlu ölkə mətbuatına Fatma Yolçiyeva tərəfindən başına gətirilən zülmlərdən danışıb. Sudef Məcidov hətta “QAFQAZ XƏBƏR MEDİA MƏRKƏZİ”ndə mətbuat
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
03:30 Təcavüzə uğradı, evləndirildi, fahişəliyə cəlb edildi - ŞOK OLAY Türkiyənin Dənizli şəhərində 9 yaşında ikən anasının sevgilisi tərəfindən təcavüzə uğrayan, 11 və 13 yaşlarında “başlıq” üçün anası tərəfindən iki dəfə evləndirilən gənc xanım üç uşaq sahibi olandan sonra həyat yoldaşının işgəncələrinə dözə bilməyib evdən qaçıb və fahişəlik bataqlığına düşüb.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az