t s

» » YAP Yevlax Rayon Təşkilatı Gənclər Birliyinin VI Konfransı keçirildi

YAP Yevlax Rayon Təşkilatı Gənclər Birliyinin VI Konfransı keçirildi

24-05-2019, 22:30 Yazar:  Firuzə Baxılıb: 63 Çap et
YAP Yevlax Rayon Təşkilatı Gənclər Birliyinin VI Konfransı keçirildi
Bu gün YAP Yevlax Rayon Təşkilatı Gənclər Birliyinin VI Konfransı keçirilmişdir.
İstixeber.info xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Sonra tədbir Yevlax şəhər İcra Hakimiyyətinin konfrans zalında davam etdirildi.
Konfransın əvvəlində Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Konfrans Dövlət himninin səsləndirilməsi ilə öz işinə başladı.
Konfransı YAP Yevlax Rayon Təşkilatının sədri Millət Vəkili İlham Məmmədov açaraq bildirdi ki, yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilmişdir. Partiyanın qüdrətli siyasi qüvvəyə çevrilməsinin, sıralarının gündən-günə artmasının səbəbi ondadır ki, onun yardıcısı, ilk rəhbəri dahi şəxsiyyət Azərbaycan xalqının xilaskarı, fəxri və iftixarı, Ümummilli Lider Heydər Əliyev olmuşdur. Bu gün Partiyanın nüfuzunun daha da yüksəlməsinin bir səbəbi də ondadır ki, bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.
Konfransının işinin protokol qaydalarına uyğun olaraq aparılması üçün konfransın sədrliyi YAP Yevlax rayon təşkilatının sədr müavini Əli Quliyev verildi. Sonra Gənclər Birliyinin sədri Ariz Mikayılov hesabat məruzəsində təşkilatın ötən Konfransından keçən dövr ərzindəki fəaliyyəti barədə ətraflı danışaraq rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs edərək qarşıda duran vəzifələrə toxundu. O qeyd etdi ki, Ulu öndər Heydər Əliyev siyasətinin mühüm tərkib hissəsindən biri də gənclər siyasətidir. Azərbaycan gəncliyinin işgüzar həyatın bütün sferalarında, ölkəmizdə siyasi-iqtisadi, humanitar, sosial və mədəni kütləvi tədbirlərin həyata keçirilməsində yaxından iştirakına şərait yaratmışdır. Ümummilli liderin dövlət siyasətini və onun tərkib hissəsi olan gənclər siyasətini bu gün davamlı olaraq cənab Prezidentimiz İlham Əliyev uğurla davam və inkişaf etdirir. Bölgələrimizin hər bir yerində olduğu kimi YAP Yevlax Rayon Təşkilatı Gənclər Birliyi də rayonumuzun ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində gedən sürətli inkişafda yaxından iştirak edir, bu istiqamətdə öz əməyimizi bilik və bacarıqlarımızı əsirgəmirik.
Qeyd etmək istəyirəm ki, YAP Yevlax Rayon Təşkilatının uçotunda 9027 nəfər üzv dayanır ki, onlardan 2121 nəfərini gənclər təşkil edir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının müavini, YAP Yevlax Rayon Təşkilatının sədr müavini Elnarə Əzizova çıxış edərək Azərbaycan Dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında ölkəmizin beynəlxalq aləmdə nüfuzunun arrtmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirdi.
Çıxış edən gənclər Fəridə Həsənova, Afəd Əhmədli və başqaları Azərbaycanda gənclər siyasətinin uğrundan gənclərə yaradılmış şəraitdən məmnun olduqlarını dilə gətirərək, Yeni Azərbaycan Partiyasının və onun Lideri cənab İlham Əliyevin ideyalarının daşıyıcısı olacaqlarına söz verdilər.
Sonra Millət Vəkili, YAP Yevlax rayon təşkilatının sədri İilham Məmmədov qeyd etdi ki, Ümummilli lider müasir Azərbaycanın siyasi həyatının ən əlamətdar hadisələrdən olan Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Bu gün dövlətimizin siyasi, ictimai, iqtisadi və mədəni həyatın bütün sahələrində gedən inkişafda Yeni Azərbaycan Partiyasının rolu böyükdür. Bildiyiniz kimi sıralarımız durmadan artır. Sevinirik ki, bu artım özünü təkcə kəmiyyət deyil, keyfiyyət etibarı ilə də özünü göstərir. Bu gün təşkilatımızda gedən sürətli inkişaf bütün sahələrdə özünü qabarıq şəkildə göstərir. Gənclərin sıralarımıza həvəslə qoşulması, onların şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməsi Yevlaxlıların Partiyamıza və onun sədri cənab İlham Əliyevə birmənalı şəkildə məhəbbətinin və sədaqətinin bariz nümunəsidir.
Sonda YAP Yevlax Rayon Təkilatının 27 nəfər Şura, 13 nəfər İdarə Heyyətindən ibarət yeni tərkibi seçildi. Səs çoxluğu ilə Süleymanlı Maqsud Pənah oğlu YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri, Əhmədli Afət və Məmmədov Elnur sədr müavinləri müəyyənləşdirildi. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Qurultayına 3 nəfər nümayəndə seçildi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az