MySQL Error!
MySQL error in file: /engine/modules/show.full.php at line 920
Error Number: 191
The Error returned was:
Too many words in a FTS phrase or proximity search
SQL query:

SELECT id, date, short_story, xfields, title, category, alt_name FROM dle_post WHERE MATCH (title, short_story, full_story, xfields) AGAINST ('Yurduna vurğun insan (Mən övladlarıma da deyirəm: Elə yaşayın ki, sizdən sonra gələn nəsil sizinlə fəxr etsin. Elçin Carçıyev, \"CARÇIOĞLU GROUP” MMC-nin təsisçisi və qurucusu)Birdən su çalxalandı, qabarıb hirslə təpəyə yerimək istədi. Od da çatırdayıb alovlandı. Vicdanın göy şaqqıltısından da güclü səsi yenidən eşidildi.- Geri çəkilin!- Yolumuzu kəsmə!- Kəsəcəyəm.- Niyə?- Çünki yolunuzu azmısınız.Od alovlandı. Çatırdayıb, şaqqıldayıb qəhqəhə çəkdi.- Yoxsa bizə düz yol göstərmək istəyirsən, ey vicdan?- Bəli! Sən dünyaya yandırıb-yaxmağa, sən də, ey su, uçurub dağıtmağa gəlməyibsən. Bilin və yadınızda saxlayın: dünyaya gələn yaratmalı, yaradanlara kömək etməlidir.Yazıma əbəs yerə Xalq yazıçısı İsmayıl Şıxlının müdrik fikirləri ilə başlamadım. Bu günkü yazımın qəhrəmanı vicdanı hər zaman üstün tutan, vicdanının səsinə qulaq asan, atdığı hər addımı vicdanla atan, qurub-yaratmaq eşqilə yaşayan, öz insani hərəkətləri ilə gənclərə örnək olan Elçin Carçıyevdir. O, Qədim Qazax mahalının tarixi şəxsiyyətlər yetirən, Sovetlər birliyinin Türklərə qan uddurduğu dövrdə öz milləti, el-obası üçün qanından-canından keçən, tarixin də, zamanın da gözünün içinə dik baxmağa haqqı olan bir nəslin – Carçıoğlular nəslinin sözü bütöv, əməli doğru, zəhmətkeş, ziyalı övladıdır. Mənsub olduğu nəslin başını hər zaman uca edən Elçin müəllim deyir: \"Ən birinci təmiz addır. Mən övladlarıma da deyirəm: Elə yaşayın ki, sizdən sonra gələn nəsil sizinlə fəxr etsin”. Elçin Carçıyev həyatını bu prinsiplər üzərində qurub.PALID KÖKLƏRİNDƏN PALID PÖHRƏLƏRMən onu tanıyanlarla da həmsöhbət oldum. Hər kəs eyni sözü deyirdi: \"Elçin Carçıyev vicdanlı, zəhmətkeş, namuslu, halal insandır”. İllər öncə Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin rəisi işləmiş hörmətli ziyalı, şair Aydın Tağızadə ilə həmsöhbət oldum. Aydın müəllim də eyni fikirləri söylədi: \"Elçin mərd, qorxmaz, qoçaq insandır. Biz bir yerdə çalışdıq. O, işinə məsuliyyətli, diqqətli, vicdanlı, tələbkar insan idi. İşlədiyimiz vaxt mən onun fəaliyyətindən çox razı idim. Elçin bəy çox etibarlı, xeyirxah insandır”. Bəli mən də eloğlum haqqında bu sözləri eşidəndə ürəyim dağa dönürdü.Palıd köklərindən palıd pöhrələr. Sosialist əməyi qəhrəmanı Murtuz Carçıyev haqqında atamın dedikləri: \"Rəhmətlik Murtuz Carçıyev sanballı kişi idi. Sözünün kəsəri var idi. Atam Yusif müəllimlə çox yaxşı münasibətləri vardı. Atamdan 15 yaş böyük idi, doğma münasibətləri olduğundan atam Murtuz müəllimə \"Murtuz əmi” deyə müraciət edərdi. Səmimi, dostcanlı, el-oba içərisində böyük hörmətə, nüfuza malik insan idi. Murtuz müəllim respublika səviyyəli insan idi.”ZƏHMƏTKEŞ AİLƏZəhmətkeş, ziyalı ailədə dünyaya göz açıb Elçin müəllim. 1976-cı ildə atası Murtuz Carçıyev Ağstafa rayon Pambıq zavodunun müdiri vəzifəsindən haqsız olaraq azad edilir. İki oğlu Bakıda institut tələbəsi olan ailə çox böyük çətinliklə üzləşir. Murtuz müəllimə ən böyük mənəvi dəstək ömür-gün yoldaşı Məhbubə xanım olur. Məhbubə xanım övladlarına deyir: \" Şükür Allaha, torpaq var. Torpaq ən etibarlı dost, ən etibarlı iş yeridir. Biz öz əlimizin zəhməti ilə daha rahat yaşayacağıq”. Beləliklə Cəfərli kəndində tütün sahəsi becərirlər. Demək olar ki, Elçin müəllim də ilk işinə o dövrdən başlayır. Tütün və üzüm sahəsi becərən ailə Qazax rayonunda mal-qara da saxlayır. Ailə öz əllərinin zəhməti ilə ayağa durur. Bakıda oxuyan övladları da rahat şəkildə təhsillərinə davam edirlər. O dövrün ağrı-acıları, çətinlikləri gənc Elçinə böyük məktəb olur. Elə həmin dövrdən qərara gəlir ki, azad iş qurmaq lazımdır. Atasına qarşı olan haqsızlıqlar onun dövlət işindən uzaqlaşmasına başlıca səbəb olur.DÖVLƏT İŞLƏRİNDƏN ÖZ ƏRİZƏSİ İLƏ AYRILIRKənd Təsərrüfatı Akademiyasını (indiki ADAU) bitirən Elçin müəllim rayon Komsomol komitəsində işləyir. Eyni zamanda istixana yaradır, müxtəlif kənd təsərrüfatı məhsulları becərir.Təhsilini Prezident Yanında İdarəetməçilik Akademiyasında davam etdirir. Akademiyanı bitirdikdən sonra Qazax Rayon İcra hakimiyyətində işə başlayır. Cəmi 4 ay işləyir. Öz ərizəsi ilə işdən ayrılır. O dövrlər (1991-1992-ci il) respublikada \"Sərhəd Assiosiasiyası” təşkilatı yaradılır. Assiosiyasiyanın Qazax filialının müdiri təyin edilən Elçin müəllim qısa bir vaxtda \"Sərhəd Assiosiasiyası”nın respublika üzrə sədri təyin edilir. Assiosiasiyanın əsas iş prinspi sərhəd rayonlarda sərhədləri möhkəmləndirmək, səngərlər tikmək, yeni iş yerləri açmaq idi. Dövlət Gömrük Komitəsinin Tovuz rayon şöbəsində işə başlayan Elçin müəllim orada cəmi 3 il işləyir. Həmin iş yerindən də öz ərizəsi ilə ayrılır.O, \"CARÇIOĞLU GROUP” MMC-Nİ YARADIR2008-ci ilə kimi Qazaxda yaşayan Elçin müəllim Bakıya köçür. Həmin vaxta kimi həm Qazaxda, həm də Bakıda biznes sahəsini inkişaf etdirir . Qazaxda olan iş yerlərini idarə etməyi qardaşı Eldar Carçıyevə həvalə edir. Elçin müəllim isə Bakıda yaratdığı şirkəti idarə etmək üçün paytaxta gəlir.\"CARÇIOĞLU GROUR” MMC-nin təsisçisi, qurucusu olan Elçin müəllim öz fəaliyyəti ilə ölkənin hüdudlarından kənarda da yetərincə tanınır. 20-yə yaxın xarici ölkə ilə əməkdaşlıq edən şirkət bu illərdə böyük uğurlara imza atıb. Azərbaycanda ilk Elektrot zavodu – \"Gedik Carçı” da məhz Qazaxda inşa olunub, istifadəyə verilib. Hal-hazırda Qazax rayonunda müasir standartlara cavab verən otelin tikinti işləri gedir. Yaxın zamanlarda otel istifadəyə veriləcək. Böyük layihələrə imza atan şirkətin bu il yeni zavodu da istifadəyə veriləcək. Həmin zavodda 200 nəfər işlə təmin olunacaq. Ümumiyyətlə 2019-2020-ci illərdə \"CARÇIOĞLU GROUP” MMC böyük uğurlara imza atacaqdır.Qazaxda 90-100 hektar sahədə növbəli əkin əkilir. Bir il kartof, iki il buğda becərilir həmin torpaq sahələrində. Dədə-baba yurdunu canı-qanı qədər sevən Elçin müəllim Qazaxda iş yerləri açır ki, insanlar işləyib evlərinə halal qazanc aparsınlar. Qazaxa ən çox sərmayə yatıran insan da Elçin müəllimdir. Qazaxda böyük uğurlara imza atan Elçin müəllimin Bakı şəhərində də gördüyü işlər təqdirəlayiqdir.AZAD TƏBİƏTLİ İNSANElçin müəllim azad təbiətə malik insandır. Onun təbiəti işinə də yansıyıb. Səmimi, sadə insandır Elçin müəllim. Onun üçün həyatda ən böyük var-dövlət təmiz addır. Deyir ki, \"Ən əsası odur ki, kiminsə yanında başı aşağı deyiləm. Hər kəsin gözünün içinə dik baxa bilirəm. Bütün işlərimi vicdanla həyata keçirirəm”.MÜBARİZ ADAMHəyatın min bir çətinliyi ilə üzləşən Elçin müəllim uğurun bir sirrinin də insanın mübariz, əzmkar olmasında olduğunu deyir: \"Əsas hədəfdir. Hədəfi böyük seçmək lazımdır. Əgər istəyinə nail ola bilmədinsə heç zaman ruhdan düşmək lazım deyil. Hər zaman irəli, deyib dayanmadan çalışmaq lazımdır”.O, TƏHSİLƏ BÖYÜK ÖNƏM VERİRElçin müəllim Qazax rayonunda \"Göyəzən” hazırlıq kursları təhsil ocağını yaradıb. Həmin təhsil müəssisəsinə xüsusi olaraq Bakı şəhərindən təcrübəli müəllimlər cəlb edilib. Və həmin müəllimlərə aylıq məvaciblə bərabər kirayə pulu da ödənilir. Bir milləti millət olaraq formalaşdıran uğurlu yolun açarı təhsildən keçir. Təhsili möhkəm olan millətin ordusu da, tarixi də yenilməz olur. Qazax həqiqətən elmin, təhsilin, ziyalılığın məkanı olub. \"Qori Müəllimlər Seminarıyası”, İkinci Şıxlı kəndində daş divarları bizə yadigar qalan \"Rus-Tatar” məktəbi yazdıqlarıma əyani misaldır. Bu gün qazaxlı sahibkarın təhsilə böyük önəm verməsi də ürəkaçandır. Allahın köməyi ilə yaxın zamanlarda Elçin Carçıyevin rəhbərliyi ilə Qazaxda müasir standartlara cavab verən Məktəb-Lisey kompleksinin də inşasına başlanılacaq. İnanıram ki, tikintisinə başlanılacaq lisey Azərbaycana böyük alimlər, akademiklər, ziyalılar bəxş edəcəkdir.VƏTƏNPƏRVƏR VƏTƏNDAŞO, vətənə, dövlətə, millətə olan sevgisini, sədaqətini gördüyü işlər ilə təsdiq edir. Uzun illərdir ki, \"Qazax Veteranlar Cəmiyyəti”nə hər ay öz maddi dəstəyini əsirgəmir. Ancaq bunu çoxları bilmir. Qazax rayonundan olan Qarabağ Qaziləri Kamil Musəvini və Fərhad Əyyubovu \"CARÇIOĞLU GROUP” MMC-də iş ilə (müşavir) təmin edib.Elçin müəllimə olan böyük hörmətim onun Qaziyə verdiyi yüksək dəyərdən dolayı yarandı. Yanvar ayında Azərbaycan Ordusunun Kapitanı Fərhad Əyyubov ağır yaralanmışdı. İnsanları Fərhadın görüşünə getməyə dəvət etdim. Elçin müəllimi də Qəhrəmanın görüşünə dəvət etdim. Söylədi ki, işimlə əlaqədar uzaqdayam, ancaq oğlumu mütləq göndərəcəm. Mən Hərbi Qospitala çatanda Murtuz Carçıyev artıq Qospitalda idi. Bu da Elçin müəllimin və ailəsinin dövlətə, millətə olan sevgisinin ən aydın göstəricisi idi.SÖZÜNƏ ETİBARLI İNSANŞirkətdə işləyən işçilərin 80 faizi qazaxlıdır. O, gələcəyimiz olan gənclərə böyük dəstək olur. Bir faktı da yazmasam olmaz. Qazaxdan Elçin müəllimə zəng gəlir. Övladının ali təhsil, magistatura təhsili aldığını söyləyən ana, oğlunun işsiz olduğunu deyir. Çox qısa bir vaxtda (bir həftə bundan öncə) həmin gənc \"CARÇIOĞLU GROUP” MMC-də işlə təmin olunur. Mən Elçin müəllimlə həmsöhbət olanda qarşımda məğrur, yenilməz, vicdanlı, zəhmətkeş, yurdcanlı, qeyrətli bir insanı gördüm. Qazax mahalının sözünə etibarlı övladıdır Elçin müəllim.El verəndə öz oğluna qüdrəti,Başdan yağan dövlətə bax, vara bax.Gözündəki şəfəqi gör şəfəqlən,Alnındakı qürura bax, nura bax. (Barat Vüsal)YURD-YUVANIN, OD-OCAĞIN, EL-OBANIN VURĞUNUElimizin qürürlu oğlu Qazaxı ürəyinin ən yaxın sirdaşı bilir. \"Hər ay Qazaxa getməsəm rahatçılıq tapmıram”, deyir. Həyat yoldaşı Kəmalə xanım Gədəbəy rayonundandır. İxtisasca müəllimə olan Kəmalə xanım Qazaxda müəllimə işləyib. Orada yaşadığı, işlədiyi illər ərzində Qazaxı daha çox sevib. Sözsüz ki, Elçin müəllimin də bu sevgidə böyük rolu olub. Həyat yoldaşının Qazaxa olan sevgisi Kəmalə xanımı da ən incə tellərlə Qazaxa bağlayıb. \"Elə adamlar var ki, deyir qocalanda adam daha çox doğulduğu yurdu istəyir. Mənim Qazaxa olan sevgim uşaqlıqdan necə böyük, əvəzolunmaz idisə, indi də eyni həmin sevgi ilə sevirəm Qazaxı. Qazax mənim üçün əvəzsiz, tayı-bərabəri olmayan bir diyardır”, -deyir Elçin müəllim.Demə, danışanda söz danış, Barat,Demə, yurd-yuvadan az danış, Barat,Həmişə Qazaxdan yaz, danış, Barat,İnsan ünvanıyla gözəldi, qardaş!Mən də bu könül yazımla çalışdım ki, Elçin müəllimə Vətənə, dövlətə, millətə, el-obaya hər zaman layiqli vətəndaş olduğu üçün öz adımdan, Elçin Carçıyev sevərlər adından təşəkkürümü bildirim. Nə yaxşı ki, sizin kimi dürüst, zəhmətkeş, el-obasına, yurd-yuvasına vurğun olan dəyərli bir eloğlumu tanıdım. Bundan sonra da sizə uğurlar, uğurlar və yenə də uğurlar azrulayıram, Elçin müəllim.Hörmətlə: Səbinə YUSİF, tədqiqatçı-yazıçı') AND id != 32996 AND approve=1 AND date < '2019-10-21 19:42:36' LIMIT 5