t s

» » Tariyel Qasımovun 80 illik yubileyi qeyd edildi

Tariyel Qasımovun 80 illik yubileyi qeyd edildi

24-05-2019, 11:49 Yazar:  Aytən Məmmədli Baxılıb: 68 Çap et
Tariyel Qasımovun 80 illik yubileyi qeyd edildi
23 may 2019-cu il tarixdə Ağstafa rayon Heydər Əliyev Mərkəzində görkəmli teatr və kino aktyoru, Respublikanın Xalq artisti, Fərdi Prezident Təqaüdçüsü,III dərəcəli Əmək Ordenli Tariel Qasımovun 80 illik yubileyi qeyd olunub. Rayon İcra Hakimiyyəti və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yubiley tədbirində rayon ziyalıları, mədəniyyət işçiləri, o cümlədən paytaxtdan gəlmiş Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları iştirak ediblər.

Mediaxeberleri.az
xəbər verir ki, Yubiley tədbirindən əvvəl Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummili Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.

Yubiley proqramı Tariel Qasımovun həyat və fəaliyəti haqqında qısametrajlı filmin nümayişi ilə başlayıb.

Tədbirdə Ağstafa Rayon İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərov, H.Arif adına əbədi birliyin rəhbəri şair Saqif Qaratorpaq çıxış edərək, Tariel Qasımovun keçdiyi şərəfli və mənalı ömür yolundan söz açmışlar.

Qeyd olunmuşdur ki, 1939-cu ildə Ağstafa rayonunun Köçəsgər kəndində doğulan Tariel Qasımov 1964-cü ildə Azərbaycan Dövlət Teatr institutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Akademik Milli Dram teatrında aktyor işləyib. 1964-cü ildən (müəyyən fasilə ilə) Gənc Tamaşaçılar Teatrında çalışıb. Bir neçə tamaşanın quruluşçu rejissorudur. 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. 10 dekabr 2018-ci il tarixində Gənc Tamaşaçılar Teatrının 80 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının 3-cü dərəcəli "Əmək ordeni" ilə təltif olunub.

Tədbirdə həmçinin, Ağstafa rayon Uşaq Musiqi Məktəbinin ansamblının və müxtəlif ifaçıların ifasında Tariel Qasımovun sevdiyi mahnılar səsləndirilib, Dövlət Gənc Tamaşaçılar Teatrı və Qazax Dövlət Dram Teatrı aktyorlarının ifasında maraqlı səhnəciklər nümayiş olunub.

Həmçinin Tariel Qasımov tamaşaçıların müxtəlif suallarını cavablandırıb. Xalq artisti ona göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə təşəkkür edib.

Tədbirin sonunda mədəniyyət işçiləri xalq artisti ilə xatirə şəkilləri çəkdirib.

Tariyel Qasımovun 80 illik yubileyi qeyd edildi
Tariyel Qasımovun 80 illik yubileyi qeyd edildi
Tariyel Qasımovun 80 illik yubileyi qeyd edildi
Tariyel Qasımovun 80 illik yubileyi qeyd edildi
Tariyel Qasımovun 80 illik yubileyi qeyd edildi
Tariyel Qasımovun 80 illik yubileyi qeyd edildi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az