t s

» » Bərdədə kənd təsərrüfatı texnikası yarmarkası keçirilib

Bərdədə kənd təsərrüfatı texnikası yarmarkası keçirilib

24-05-2019, 08:18 Yazar:  Firuzə Baxılıb: 47 Çap et
Bərdədə kənd təsərrüfatı texnikası yarmarkası keçirilib
Kənd Təsərrüfatı Nazirliyi Şəmkir rayonundan sonra, Bərdədə texnika yarmarkası təşkil edib. Bərdə, Tərtər, Yevlax, Ağcabədi, Beyləqan rayonlarının fermerlərini kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi daşıyan yarmarka sabah başa çatacaq.

Yarmarkada 20-dən çox texnika təchizatçısı ilə yanaşı, banklar, lizinq və sığorta şirkətləri öz məhsullarını təsərrüfat sahiblərinə və fermerlərə təqdim edirlər.
“Fermerlər bizə mütəmadi olaraq, bu və ya digər texnikanı hansı təchizatçıdan ala biləcəkləri barədə suallar verir. Bir dövlət qurumu olaraq hər hansı təchizatçıya fermer və ya sahibkarı yönəltməyi liberal bazar qanunlarına zidd sayırıq. Ona görə də əminik ki, bu yarmarkalar fermerlərin özlərinin təchizatçıları tapmasına şərait yaradacaq”, - deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev yarmarkaların təşkili səbəbini belə izah edib.

Mirzə Əliyev bildirib ki, kredit, sığorta və lizinq şirkətlərinin də yarmarkada iştirakı fermerlərə kənd təsərrüfatı texnikalarını özlərinə sərf edən şəkildə əldə etmək üsullarını öyrənməyə yardım göstərəcək.

Növbəti kənd təsərrüfatı texnika yarmarkası mayın 26-27-də Şəkidə keçiriləcək.
Xatırladaq ki, mayın 20-dən iyunun 15-dək ölkənin 6 regionunda (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Masallı) keçirilməsi planlaşdırılan kənd təsərrüfatı texnikası yarmarkalarını Aqrar Kredit və İnkişaf Agentliyi təşkil edir.
Oxu.Az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
15:16 Ağstafada kənd təsərrüfat məhsullarının Novruz yarmarkası davam edir Ağstafada kənd təsərrüfat məhsullarının Novruz yarmarkası davam edir Mediaxeberleri.az xəbər verir ki, 16-21 mart tarixlərində Ağstafada Novruz bayramı ilə bağlı kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilir. Yarmarkada iştirak edən Kənd təsərrüfat naziri İnam Kərimov təşkil olunan
08:58 İnam Kərimov: "Yarmarkada alıcılar keyfiyyətli məhsulları daha ucuz ala biləcək" Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhərində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları fəaliyyətə başlayıb. Mediaxeberleri.az xəbər verir ki, yarmarkalar paytaxtın 14 məntəqəsində keçirilir. Kənd təsərrüfatı naziri İnam Kərimov bu gün
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
16:32 Yarmarkaları niyə bağladılar? Uzun illərdir Bakıda təşkil olunan kənd təsərrüfatı məhsullarının satıldığı yarmarkalar bağlanıb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib. Onun sözlərinə görə, yarmarkaların yenidən təşkil olunması üçün hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlar

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az