t s

» » Qəbələdə məcburi köçkünlərlə görüş keçirildi

Qəbələdə məcburi köçkünlərlə görüş keçirildi

23-05-2019, 15:10 Yazar:  Firuzə Baxılıb: 31 Çap et
Qəbələdə məcburi köçkünlərlə görüş keçirildiAlmaniya Bundestaqının ölkəmizdə səfərdə olan Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupu Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində 195 məcburi köçkün ailəsi üçün salınmış yaşayış məhəlləsində olub.

Mediaxeberleri.az xəbər verir ki, dövlət Komitəsinin sədri Rövşən Rzayev qonaqları səmimiyyətlə qarşılayıb, onlara zəruri texniki infrastrukturla təchiz olunmuş yaşayış məhəlləsi haqqında məlumat verib. Ölkəmizdə aparılan hərtərəfli islahatlardan və əldə edilən sosial-iqtisadi uğurlardan söz açan komitə sədri Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirdiyini, bununla bağlı konkret fəaliyyət proqramının həyata keçirildiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həmin kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılmasına, onlar üçün yeni yaşayış sahələrinin inşa edilməsinə, məşğulluq və sağlamlıq məsələlərinə böyük qayğı göstərdiyini bildirib.

Qonaqlar qəsəbədə yaşayan məcburi köçkünlərlə görüşüb, burada fəaliyyət göstərən 188 yerlik məktəblə tanış olub, siniflərin birində “İngilis dili” dərsinin gedişini izləyiblər. Məcburi köçkün ailələrdən birinin mənzilinə baş çəkən almaniyalı deputatlar ailə üzvləri ilə söhbətləşiblər.

Nümayəndə heyətinin rəhbəri Yohannes Kahrs bildirib ki, bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər.

Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinin əhəmiyyətindən danışarkən, Azərbaycandakı alman irsinə xüsusi diqqət göstərilməsini yüksək qiymətləndiriblər. Bundan başqa, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin təqdirəlayiq olduğu bildirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:00 Mehriban Əliyeva bir sıra təhsil müəssisələrinə baş çəkib - FOTOLAR Aprelin 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Buzovna qəsəbəsində 229 saylı körpələr evi-uşaq bağçasında, Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada və gimnaziyanın ikinci korpusunda müvəqqəti fəaliyyət
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az