t s

» » "Eurovision"un nəticələri dəyişdi - Azərbaycan gerilədi

"Eurovision"un nəticələri dəyişdi - Azərbaycan gerilədi

22-05-2019, 23:17 Yazar:  Firuzə Baxılıb: 142 Çap et
"Eurovision"un nəticələri dəyişdi - Azərbaycan gerilədi
"Eurovision 2019" mahnı müsabiqəsinin nəticələri dəyişdirilib.

Avropa Yayım İttifaqı (AYİ) tərəfindən yayımlanan bəyanatında bildirilir ki, Belarusun münsiflər heyətinin müsabiqənin qaydalarına riayyət etməyərək birinci yarımfinalda səslərin açıqlanmasından sonra Belarusun münsiflər heyətinin səsləri ləvğ edilib və əvəzində səsvermə monitoru “Ernst & Young ” şirkəti tərəfindən təsdiqlənən və digər ölkələrin səslərinə uyğun olaraq səsvermə həyata keçirilib.

Avropa Yayım İttifaqı (AYİ) tərəfindən hazırlanan səslərdə insan səhvi olduğu ittifaq tərəfindən təsdiq edilib və səsvermə qaydalara uyğun olaraq düzəldilib. Buna baxmayaraq müsabiqənin ilk 4 yerində hər hansı bir dəyişiklik baş verməyib.

Yeni səslərə əsasən Azərbaycan 1 pillə geriləyərək 302 xal ilə 8-ci yerdə qərarlaşıb.

Yenilənmiş nəticələr:

1.Hollandiya (498 xal)
2.İtaliya (472 xal)
3.Rusiya (370 xal)
4.İsveçrə (364 xal)
5.İsveç (334 xal)
6.Norveç (331 xal)
7.Şimali Makedoniya (305 xal)
8.Azərbaycan (302 xal)
9.Avstraliya (284 xal)
10.İslandiya (232 xal)
11.Çexiya (157 xal)
12.Danimarka (120 xal)
13.Kipr (109 xal)
14.Malta (107 xal)
15.Sloveniya (105 xal)
16.Fransa (105 xal)
17.Albaniya (90 xal)
18Serbiya (89 xal)
19.San Marino (77 xal)
20.Estoniya (76 xal)
21.Yunanıstan (74 xal)
22.İspaniya (54 xal)
23.İsrail (35 xal)
24.Belarus (31 xal)
25.Almaniya (24 xal)
26.Birləşmiş Krallıq (11 xal)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:34 Avroviziya-2019: Qalib bu ölkə oldu, Azərbaycan isə... - Video İsrailin paytaxtı Təl-Əvivdə Avroviziya-2019 mahnı müsabiqəsinin finalı 23:00-da başlayıb. Kult.az xəbər verir ki, Çingiz Mustafayev final günü səhnəyə şousunun ikinci hissəsində çıxacaq. Təmsilçimiz Çingiz Mustafayev finalda 20-ci nömrə altında çıxış edəcək. Qeyd edək ki, Azərbaycanla yanaşı,
10:47 "Eurovision"da 10 ölkə final mərhələsinə keçdi - SİYAHI "Eurovision" mahnı yarışmasının ilk yarımfinalında iştirak edən ölkələrdən 10-u final mərhələsinə keçib. Bunlar Yunanıstan, Belarus, Serbiya, Kirp, Estoniya, Çexiya, Avstraliya, San Marino, İslandiya və Sloveniyadır. *** İsrailin Tel-Əviv şəhərində "Eurovision" mahnı yarışmasının ilk yarımfinalı
08:13 Çempionlar Liqası: "Real", "Yuventus", "Bavariya" və daha 4 komanda növbəti mərhələdə! - YENİLƏNİB Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Mediaxeberleri.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib. E qrupunun lideri "Bavariya" öz meydanında "Benfika"nı qəbul edib. Rəqibini 5:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi adını
07:53 Avropa Liqasında 46 oyun - Yenilənir Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinə start veriləcək. Qol.az-ın məlumatına görə, mərhələnin bütün ilk oyunları eyni gündə keçiriləcək. "Qəbələ"ni ilk təsnifat mərhələsində mübarizədən uzaqlaşdıran "Proqres" (Lüksemburq) Macarıstanın "Honved" klubu ilə qarşılaşacaq. "Neftçi"ni ilk
20:39 ​Azərbaycan "Avroviziya-2016" mahnı müsabiqəsində iştirak edəcək 43 ölkənin nümayəndəsi İsveçdə keçiriləcək "Avroviziya-2016" mahnı müsabiqəsinin iştirakçısı olacaq. "Report" xəbər verir ki, bu barədə beynəlxalq mahnı müsabiqəsinin rəsmi saytında məlumat yerləşdirilib. Ölkələr sırasında Azərbaycanın da adı var. Yarışmada aşağıdakı ölkələrin təmsilçiləri iştirak

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az