t s

» » İcazə vərəqələri ilə bağlı dövlət rüsumları dəyişir

İcazə vərəqələri ilə bağlı dövlət rüsumları dəyişir

21-05-2019, 12:12 Yazar:  Firuzə Baxılıb: 55 Çap et
İcazə vərəqələri ilə bağlı dövlət rüsumları dəyişirAzərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vərəqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumları dəyişir.

Mediaxeberleri.az-ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycana ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin verilməsi və müddətinin uzadılması ilə əlaqədar 3 ayadək müddət üçün 30 manat, 6 ayadək müddət üçün 60 manat, 1 ilədək müddət üçün 120 manat, 1 il 6 ayadək müddət üçün 180 manat, 2 ilədək müddət üçün 240 manat, 2 il 6 ayadək müddət üçün 300 manat, 3 ilədək müddət üçün 360 manat dövlət rüsumu alınır.

Təklif edilən dəyişikliyə əsasən, yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin 15 iş günü ərzində verilməsi və müddətinin uzadılması ilə əlaqədar 3 ayadək müddət üçün 40 manat, 6 ayadək müddət üçün 80 manat, 1 ilədək müddət üçün 160 manat, 1 il 6 ayadək müddət üçün 240 manat, 2 ilədək müddət üçün 320 manat, 2 il 6 ayadək müddət üçün 400 manat, 3 ilədək müddət üçün 480 manat dövlət rüsumu alınacaq. İcazə vərəqəsi 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda isə 3 ayadək müddət üçün 30 manat, 6 ayadək müddət üçün 60 manat, 1 ilədək müddət üçün 120 manat, 1 il 6 ayadək müddət üçün 180 manat, 2 ilədək müddət üçün 240 manat, 2 il 6 ayadək müddət üçün 300 manat, 3 ilədək müddət üçün 360 manat dövlət rüsumu alınacaq.

Qüvvədə olan qanuna görə, yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin verilməsi və müddətinin uzadılması ilə əlaqədar 3 ayadək müddət üçün 15 manat, 6 ayadək müddət üçün 30 manat, 1 ilədək müddət üçün 60 manat, 1 il 6 ayadək müddət üçün 90 manat, 2 ilədək müddət üçün 120 manat, 2 il 6 ayadək müddət üçün 150 manat, 3 ilədək müddət üçün 180 manat dövlət rüsumu alınır.

Təklif edilən dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin 15 iş günü ərzində verilməsi və müddətinin uzadılması ilə əlaqədar 3 ayadək müddət üçün 25 manat, 6 ayadək müddət üçün 50 manat, 1 ilədək müddət üçün 100 manat, 1 il 6 ayadək müddət üçün 150 manat, 2 ilədək müddət üçün 200 manat, 2 il 6 ayadək müddət üçün 250 manat, 3 ilədək müddət üçün 300 manat dövlət rüsumu alınacaq. İcazə vərəqəsi 20 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda isə 3 ayadək müddət üçün 15 manat, 6 ayadək müddət üçün 30 manat, 1 ilədək müddət üçün 60 manat, 1 il 6 ayadək müddət üçün 90 manat, 2 ilədək müddət üçün 120 manat, 2 il 6 ayadək müddət üçün 150 manat, 3 ilədək müddət üçün 180 manat dövlət rüsumu alınacaq.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
08:52 Vətəndaşlığı olmayanlar Azərbaycan vətəndaşlığını necə ala bilər? Azərbaycan Dövlət Miqrasiya Xidməti Trend-in və "Azernews"un suallarını cavablandırıb. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Hər keçən il Azərbaycana müxtəlif məqsədlərlə gələn miqrantların sayının artdığını nəzərə alsaq, əcnəbilərin Azərbaycanda hərəkətini asanlaşdırmaq və prosesin
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az