t s

» » Ordumuz İrəvanı silkələdi: Bakı növbəti “Aprel”ə hazırlaşır? - GƏLİŞMƏ

Ordumuz İrəvanı silkələdi: Bakı növbəti “Aprel”ə hazırlaşır? - GƏLİŞMƏ

21-05-2019, 11:43 Yazar:  Firuzə Baxılıb: 26 Çap et
Ordumuz İrəvanı silkələdi: Bakı növbəti “Aprel”ə hazırlaşır? - GƏLİŞMƏAzərbaycan Ordusunun mart ayından etibarən 3-cü dəfə hərbi təlimlər keçirməsi düşmən ölkədə rezonans doğurub.

Mediaxeberleri.az xəbər verir ki, ordumuzun təlimlərinə xüsusi diqqət yetirən erməni mətbuatı Ermənistandakı ictimai narahatlıqla bağlı materiallar hazırlayıb. Azərbaycan Ordusunun mayın 20-dən 24-dək keçirilən təlimlərinə toxunan erməni mətbuatı Ordumuzun yüksək döyüş hazırlığı nümayiş etdirildiyi bu təlimlərin növbəti Aprel savaşına hazırlıq olub-olmaması və Ermənistanın bu vəziyyətdə nə etməli olduğu sualına cavab tapmağa çalışıb.

Hərbi ekspert Taron Ovannisyan 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopterimizin təlimə cəlb olunduğunu sadalayaraq, son iki ayda Azərbaycan Ordusunun 3-cü təliminin təsadüf olmadığını və “narahatlığa əsas” yaratdığını bildirib.

Ekspert bildirib ki, rəsmi Bakı təlimlərin “əks-hücum” xarakterli olduğunu bəyan etməklə əslində “aqresiyasını” gizlətməyə çalışır. Çünki təlimlər müdafiə xarakterli deyil, əsl hücum məşqləridir.

Bununla da Ovannisyan əslində Azərbaycan Ordusunun hərbi təlimlərinin miqyası və xarakterinin Ermənistan üçün nə dərəcədə “vahiməli” olduğunu etiraf edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:39 Ordumuz 10 minədək əsgər, 150 tank, 35 təyyarə və helikopter ilə... - Mayın 20-dən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən 24-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə
20:53 Vasif Talıbov və Zakir Həsənov Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimini izləyib Bu gün Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib. Mediaxeberleri.az AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri,
08:53 Bütün cəbhə boyu şiddətli zərbələr: Naxçıvandan Qazaxa qədər... Azərbaycan ordusunun martın 12-dən başlayan irimiqyaslı hərbi təlimlərinin Ermənistanda ciddi narahatlıqla izləndiyini və ekspert çevrələrində geniş müzakirə olunduğunu xəbər vermişdik. Stokholmda mənzillənən beynəlxalq sülh problemləri İnstitutu SIRRI tərəfindən silah ixracına dair açıqlanmış
08:53 Laçının işğalındakı qaranlıq məqamlar- 7 şahidin dili ilə ...”Şuşanı, Laçını qoyub qaçdılar” -deyərək 1988-ci ildən bəri o yurdlarda döyüşənləri, dinc insanları, qoca, savadsız kişiləri, qoyun otaranları günahlandırmaq çox asandı. 23 il bundan əvvəlki qarmaqarışıq ictimai-siyasi və hərbi olaylar burulğanının içindən keçən insanlar bəzi gerçəkləri
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az