t s

» » Kapital Bank-ın əməkdaşları mühüm saziş imzaladı

Kapital Bank-ın əməkdaşları mühüm saziş imzaladı

21-05-2019, 11:12 Yazar:  Firuzə Baxılıb: 33 Çap et
Kapital Bank-ın əməkdaşları mühüm saziş imzaladıKapital Bank-ın 2 əməkdaşı Azərbaycanda ilk dəfə nüfuzlu təşkilatla olaraq komplayens sahəsində əməkdaşlıq sazişi imzalayıb. Bu, həm də MDB ölkələri və Qafqaz regionunda komplayens sahəsində keçirilən təlimləri əks etdirən ilk sazişdir.

Mediaxeberleri.az xəbər verir ki, Kapital Bank-ın Hüquq və Komplayens departamentinin əməkdaşları Almaz Musayeva və Leyla Səlimzadə tərəfindən təsis edilən “Vendra” şirkəti ilə nüfuzlu ACAMS (Association of Certified Anti-Money Laundering Specialists) təşkilatı artıq regionda tərəfdaş olaraq fəaliyyət göstərəcəklər.

Məlumat üçün bildirək ki, ACAMS cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə və maliyyə cinayətlərinin qarşısının alınması sahəsində mütəxəssislərin bilik, bacarıq və təcrübələrini artırmağa həsr olunan beynəlxalq təşkilatdır. Təşkilatın üzvləri arasında dünyanın qabaqcıl maliyyə qurumları, nəzarət orqanları, hüquq-mühafizə orqanları və sənaye sektorunun nümayəndələri var.

ACAMS əsasən bir neçə istiqamət üzrə fəaliyyət göstərir: pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində beynəlxalq standartların təkmilləşdirilməsi, özəl və dövlət qurumlarının müvafiq sahələrində çalışan əməkdaşların müvafiq sahədə təcrübələrinin artırılması və beynəlxalq səviyyəli mütəxəssis kimi biliklərə sahib olması, ÇPY/TMM sahəsində dünyada yaxşı təcrübələr üzrə məlumat mübadiləsinin aparılması və şəbəkə yaradılması və s.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:39 Kamran Nəbizadə: Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır (MÜSAHİBƏ) Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadənin Trend-ə müsahibəsi - Bu yaxınlarda “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin bir ili tamam oldu. Zəhmət olmasa, bu müddət ərzində görülən işlər haqqında məlumat verərdiniz.
20:08 Azərbaycanda sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev - Məmməd müəllim, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar
09:13 MDB dövlət başçıları Moskvada nədən danışdılar? – ÇIXIŞLAR + VİDEO + FOTO Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəlib. Mediaxeberleri.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Rusiya Prezidenti
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az