t s

» » Rəşad Məmmədovun Penitensiar Xidmətin keçmiş rəisiylə də qohumluqları aşkarlandı (Özəl)

Rəşad Məmmədovun Penitensiar Xidmətin keçmiş rəisiylə də qohumluqları aşkarlandı (Özəl)

9-05-2015, 23:07 Yazar:  Aygün Baxılıb: 1176 Çap et
Rəşad Məmmədovun Penitensiar Xidmətin keçmiş rəisiylə də qohumluqları aşkarlandı (Özəl)Hüquq müdafiəçisi Bəxtiyar Məmmədov onu həbs etdirənlərdən qisasını alacağı mesajını verdi!


Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov vəzifəsindən azad edildikdən sonra onunla bağlı mediada, demək olar ki, hər gün yeni məlumatlar yayılır. Dünən Rəşad Məmmədovun həbs edildiyi xəbəri yayıldıqdan sonra daha bir şəxs - Dövlət Bayrağı Meydanı ətrafında gedən söküntü-tikinti və abadlaşdırma zamanı mülkləri sökülən vətəndaşların, eləcə də Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli zabitlərinin hüquqlarını qoruyan “İnamla hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədov Strateq.az-a Rəşad Məmmədovun qohumluq əlaqələri barədə olduqca maraqlı informasiyalar verib. Bəxtiyar Məmmədov Strateq.az-a açıqlamasında deyib: “Hələ qanunsuz olaraq həbs edilməmişdən əvvəl, mənə məlum idi ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov erməni əsillidir, onun ögey qardaşı Elşən Qırxlarov isə dəfələrlə törətdiyi cinayət əməllərinə görə, Cinayət Məcəlləsinin çoxsaylı maddələriylə həbs olunub. Hazırda da Cinayət Məcəlləsinin 177, 180-ci maddələriylə ittiham edilərək, “təhlükəli residivist” kimi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı xüsusi rejimli Cəzaçəkmə Müəssisəsində saxlanılır. O da mənə məlum idi ki, Rəşad Məmmədovun ögey bacısı Ədliyyə Nazirliyinin Pentensiar Xidmət Baş İdarəsinin keçmiş rəisi, ədliyyə general-leytenantı Nazim Ələkbərovun həyat yoldaşıdır. Belə olduğu halda, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi Rəşad Məmmədov necə olub ki, bu yaxınlara qədər tutduğu vəzifədə qalıb?! Yaxud da qaynı, yəni Elşən Qırxlarov təhlükəli residivist olduğu halda, Nazim Ələkbərov hansı tərcümeyi-halla ədliyyə general-leytenantı rütbəsinədək yüksələ bilib?! Belə çıxır ki, həmin şəxslərin kimliyi, qohumluq əlaqələri və başqa hallar yoxlanılmadan vəzifələrə təyin olunublar?”.

Rəşad Məmmədovun Penitensiar Xidmətin keçmiş rəisiylə də qohumluqları aşkarlandı (Özəl)

Hüquq müdafiəçisi Bəxtiyar Məmmədov

Hüquq müdafiəçisi onu da qeyd edib ki, Bayraq Meydanı ərazisində sökülən evlərin sahibləri bu günə qədər də ümidlə gözlədikləri kompensasiyalarını Rəşad Məmmədovdan ala bilməyiblər: “Mən bunu tələb etdiyimdən, onların hüquqlarını qoruduğum üçün Şahin Sultanovla Rəşad Məmmədov hələlik adını açıqlamadığım Prezident Administrasiyasındakı yüksəkl çinli bir məmurun dəstəyi ilə məni həbsə atdırdılar və bununla da məsələni qapatdıqları qənaətinə gəldilər. Ancaq mən onların qanunsuzluqları ilə bağlı susmaq niyyətində deyiləm və bu haqda ölkə Prezidentinə də ətraflı məktub yazmışam. Bütün ictimaiyyəti əmin edirəm ki, mənim həbsimdə əli olan bu şəxslər barədə indiyədək heç kimin bilmədiyi bütün faktları cəmiyyətə təqdim edəcəyəm”.

Qeyd edək ki, bizimlə söhbətində Bəxtiyar Məmmədov hazırda Cinayət Məcəlləsinin 178, 179, 311, 312, 313 və 341 maddələriylə təqsirli bilinərək, 23 aprel 2014-cü ildə barəsində həbs-qətimkan tədbiri seçilmiş, 8 aydan çox həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılmış Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Şahin Sultanovun və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmə prosesində yol verilmiş qanunsuzluqlarla bağlı da maraqlı fikirlər səsləndirib:

Rəşad Məmmədovun Penitensiar Xidmətin keçmiş rəisiylə də qohumluqları aşkarlandı (Özəl)

Şahin Sultanov

“Şahin Sultanov və ev dustaqlığına buraxılmış təqsirləndirilən başqa 18 nəfər ölkə ərazisində çox sərbəst hərəkət edirlər. Məsələn, təqsirləndirilən şəxslərdən Əlisa Ağayev Kənd təsərrüfatı naziri regionlar üzrə vətəndaşları qəbul edən zaman Yardımlı rayonunda onun qəbuluna düşüb və təsadüfən həmin kadrlar televiziyada göstərilib. Bu, bir daha təsdiqləyir ki, Bakı Hərbi Məhkəməsinin həm sədri, həm də qeyd etdiyim cinayət işi üzrə məhkəməni aparan hakim Həbib Həsənov bu barədə məlumatlı olduqları halda, heç bir tədbir görməyiblər. Əksinə, onların azadlıqda daha sərbəst gəzmələrinə şərait yaradırlar. Hətta Həbib Həsənov söylədiyim faktlar əsasında yazılı müraciət etməyimə görə, şifahi olaraq mənə bildirdi ki, “məgər siz prokurorluq, polis orqanlarında işləyirsiz ki, bu işlərə nəzarət edirsiz?”. Həbib Həsənov tutduğu vəzifəsinə açıq şəkildə hörmətsizlik edir. Ancaq mən əminəm ki, zaman gələcək, Həbib Həsənov da bugünkü atdığı səhv addımlara görə ölkə başçısı İlham Əliyevin qəzəbinə tuş gələcək”...

Yazıda adları çəkilən şəxslərin mövqeyini də işqlandırmağa hazırıq.

Rəşad Məmmədovun Penitensiar Xidmətin keçmiş rəisiylə də qohumluqları aşkarlandı (Özəl)

Hakim Həbib Həsənov



Strateq.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:44 Dövlət Bayrağı Meydanı İdarəsinin keçmiş rəisinin anası erməni imiş Dünən Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad olunan Rəşad Məmmədovla bağlı sensasion bir fakt üzə çıxıb. Virtualaz.org saytının redaksiyası həm də “Azİmport” şirkətinin sahibi olan R.Məmmədovu ifşa edən təkzibolunmaz sənədləri əldə edib.
23:55 Rəşad Kəsəmənli ata oldu Mərhum Nüsrət Kəsəmənlinin oğlu aktyor, şair Rəşad Kəsəmənli ata olub. Bu haqda rejissor Nail Naiboğlu xəbər verib. Oğlu dünyaya gələn şair ona Əli adını qoyub. Qeyd edək ki, R.Kəsəmənlinin iki qızı da var.
01:34 7 il həbs alan hakimdən ilk bəyanat Bir sıra mətbuat orqanlarında bu gün məhkəmə zalında həbs edilən sabiq hakim Həsən Əliyevin “Azadlıq” radiosuna müsahibəsində müəyyən siyasi bəyanatlar verdiyinə dair məlumat yayılmışdı. H.Əliyevin vəkili Sadiq Rəsulov bununla əlaqədar olaraq öz müvəkkilinin adından çıxış edərək bu məlumatların
01:31 Ədliyyə Naziri Zavər Qafarovu vəzifədən azad etdi Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsinin rəisi Zavər Qafarov vəzifəsindən azad edilib. Mediaxeberleri.az-ın məlumatına görə, Zavər Qafarov ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə təqaüdə göndərilib. Başqa bir əmrlə isə Z. Qafarov Ədliyyə Akademiyasında dekan vəzifəsinə
00:47 Ədliyyə Nazirliyi: "Həbsdəki hüquq müdafiəçisi damarlarını kəsməyib" Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov hüquq müdafiəçisi Taleh Xasməmmədovun damarlarını kəsməsi və kəsik yaralarının olması barədə yayılan məlumatı təkzib edib. İ.Qurbanov virtualaz.org saytına açıqlamasında T.Xasməmmədovun aclıq etməsi barədəki xəbərləri də təkzib

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az