t s

» » Zelenskinin andiçməsində mübahisə

Zelenskinin andiçməsində mübahisə

20-05-2019, 15:06 Yazar:  Firuzə Baxılıb: 78 Çap et
Zelenskinin andiçməsində mübahisə
Ukrayna Prezidenti Vladimir Zelenski inauqurasiya mərasimindən sonra xalqa müraciət edib.

Mediaxeberleri.az
xəbər verir ki, Zelenskinin çıxışı “112 Ukraina” telekanalı tərəfindən canlı yayımlanıb.

Dünyada 65 milyona yaxın ukraynalının yaşadığını bildirən Zelenski yeni Ukrayna naminə çalışmaq istəyən hər kəsə vətəndaşlıq verməyə hazır olduğunu qeyd edib:

“Mən planetdəki bütün ukraynalılara müraciət edirəm: Siz bizə lazımsınız. Siz Ukraynaya qonaq kimi deyil, evinizə gəlməlisiniz. Ukrayna pasportda deyil, ürəkdədir”, - Zelenski bildirib.

Yeni prezident həmçinin prezidentlik dövründə qarşısında dayanan məsələlər barədə də danışıb. O, Donbasda atəşkəsə nail olmağın qarşısında dayanan ilk tapşırıq olduğunu açıqlayıb.

Qeyd edək ki, Zelenski bu gün Ali Radada Ukrayna Konstitusiyasına və İncilə and içərək, prezident səlahiyyətlərinin icrasına başlayıb. Zelenskinin inauqurasiya mərasimidə Azərbaycanı spiker Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

***

Ukrayna Prezidenti Vladimir Zelenskinin inauqurasiyasında mübahisə yaşanıb.

Mübahisənin əsas səbəbkarı Radikal Partiyasının sədri Oleq Lyaşko olub. Mübahisə Donbasdakı situasiyadan bəhs edən zaman Zelenskinin ukraynca yox, rusca danışması ucbatından yaranıb. Zelenski müraciəti zamanı Kiyevin Krım və Donbasın əhalisini itirdiyini və onları geri qaytarmaq üçün heç bir şey etmədiyini bildirib.

Bundan sonra Lyaşko prezidentin çıxışını kəsərək, deputatların ukraynca başa düşdüyünü deyib. Buna cavab olaraq isə Zelenski deputatların hər iki dildə anladığını bildirib və Lyaşkoya insanları dil və pasportuna görə bölməyə davam etdiyi üçün təşəkkür edib:

“Ukraynalı pasportda qrafa deyil, bu, ürəkdə ukraynalı olmaq deməkdir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
13:39 CBC telekanalı şəhid Oleq Babak haqqında film çəkir - FOTO CBC telekanalının yaradıcı heyəti bu günlərdə izləyicilərə yeni sənədli film təqdim edəcək. Mediaxeberleri.az xəbər verir ki, “Həyat naminə” adlı bu sənədli ekran işi 1991-ci il aprelin 7-də Qubadlı rayonunun Yuxarı Cibikli kəndində baş verən hadisələrdən bəhs edir. CBC telekanalının Baş
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az