t s

» » Günnüt əməliyyatı və yaxud Naxçıvan cəbhəsindən ermənilərə "soyuq duş": 2018-ci ilin mayında həyata keçirilən uğurlu hərbi əməliyyatdan bir il ötür

Günnüt əməliyyatı və yaxud Naxçıvan cəbhəsindən ermənilərə "soyuq duş": 2018-ci ilin mayında həyata keçirilən uğurlu hərbi əməliyyatdan bir il ötür

20-05-2019, 07:39 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 123 Çap et
 Günnüt əməliyyatı və yaxud Naxçıvan cəbhəsindən ermənilərə "soyuq duş": 2018-ci ilin mayında  həyata keçirilən uğurlu hərbi əməliyyatdan bir il ötür
2016-cı ilin aprel döyüşlərində qazandığımız parlaq qələbədən sonra, əməliyyatın strateji tərəfi İrəvan-Yexaqnadzor-Gorus-Laçın-Xankəndi yolunun nəzarətə götürülməsidir

Mediaxeberleri.az
xəbər verir ki, yola saldığımız bir il ərzində ölkə mediasının və ictimaiyyətinin ən çox diqqət kəsildiyi və müzakirə etdiyi mövzu heç şübhəsiz ki, ordumuzun Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi son dərəcə uğurlu hərbi əməliyyatlar oldu.

2018-ci ilin may ayının son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edildi. Bununla da ordumuz daha əlverişli mövqelərdə möhkəmlənib, Günnüt, Ağbulaq yaşayış məntəqələri ətrafındakı yüksəkliklər, “Qızılqaya” dağı və “Qaraqaya” dağlarında yeni mövqelər ələ keçirilib. Dərələyəz mahalının Arpa kəndində (Areni) və Mehridərə vadisində düşmənin fəaliyyəti nəzarət altına götürdü. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alındı. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir.

Əlahiddə Ümumqoşun Ordunun açıqladığı məlumatlarda o da qeyd edilir ki, ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyyə məqsədi ilə 50 km yeni yol çəkilmiş, 60 km-dən artıq yararsız yollar isə bərpa edilmişdir. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Hadisələrdən çox az zaman keçdiyi üçün bu əməliyyatla bağlı çoxsaylı detallar bəlkə də zaman keçdikdə daha geniş, dəqiq və ətraflı üzə çıxacaq. Lakin qeyd etməliyik ki, 2016-cı ilin aprel hadisələrindən sonra ordumuzun Günnüt əməliyyatında qazandığı uğurların arxasında da heç şübhəsiz, strateji siyasət xəttinin düzgün müəyyənləşdirilməsi dayanır. Əldə olan məlumatlar və onların təhlili göstərir ki, dövlət institutlarımız (ordu da onun tərkibindədir) həqiqətən keyfiyyətcə yeni bir səviyyəyə yüksəlib. Bu keyfiyyət dəyişiklikləri heç şübhəsiz, ulu öndər Heydər Əliyev tərəfindən düzgün müəyyənləşdirilmiş strateji siyasi-ideoloji xəttin, dövlət-xalq-ordu birliyinin nəticəsidir.

Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun muxtar respublikanın şimal-qərb hissəsində keçirdiyi əməliyyatların hərbi tərəfi olduqca əhəmiyyətlidir. Bir sıra xarici ölkə KİV-ləri və hərbi analitiklərin qeyd etdiyi kimi, bu əməliyyat heç də lokal xarakter daşımır...

Bəs, may ayında baş verənlər daha geniş mənada necə dəyərləndirilə bilər? Fakt odur ki, uzun müddət –1992-ci ildən düşmən tərəfindən nəzarət altında saxlanılan geniş ərazilər azad edilib və ordumuzun bu istiqamətdə dövlət sərhədlərimizə çıxması ilə ərazidəki milli suverenliyimiz artıq de-fakto təmin edilib. Məhz hadisənin bu tərəfi hərbi uğurun olduqca əhəmiyyətli siyasi komponentini ortaya qoyaraq regionda yeni reallıqlar yaratmaqdadır. Bu həm də Naxçıvan ordusunun yüksək təşkilatlanması, hazırlığı, texniki və döyüş imkanlarının bir daha təsdiqi deməkdir.

Qısa zamanda yüksək dağlıq şəraitdə ən azı 20 kilometr enində cəbhə xəttində bu tip əməliyyatın uğurla həyata keçirilməsi müstəqilliyimizin əldə edilməsindən bu yana ordu quruculuğu sahəsində dövlətimizin qazandığı mühüm nailiyyətidir. Bu məqamda ordunun bu əməliyyatları həyata keçirərkən son dərəcə yüksək təşkilatçılıq və peşəkarlıq qabiliyyəti ilə fərqlənməsi də ayrıca qeyd edilməlidir. İşin bir digər əhəmiyyətli tərəfi Naxçıvandakı may əməliyyatlarının tam məxfilik şəraitində hazırlanıb həyata keçirilməsidir. Unutmayaq ki, bu qədər geniş və dağlıq bir ərazidə həyata keçirilən əməliyyat, ona cəlb olunan ordu birləşmələri, texnika və sair bu kimi məqamların peşəkarlıqla yekunlaşdırılması asan məsələ deyil. Bu əməliyyatın gedişində lüzumsuz informasiya fonu (sosial şəbəkələrdə məlumatların yayılması, hərbi kolonların və texnikanın fotoları və s.), şaiyələr və digər informasiya sızmalarının olmaması da təqdirəlayiq cəhətdir. Düşmən təxribatlarına cavab olaraq həyata keçirilən bu əməliyyatın yalnız son fazasında ictimaiyyətin məlumatlandırılması müsbət məqamlardan biri kimi həmişə xatırlanacaq.

Açıq demək olar ki, bu uğur hərbi əməliyyatlara paralel informasiya təminatının da təşkilinə peşəkar və əsaslı yanaşma tətbiq olunduğunu göstərdi, digər tərəfdən isə informasiya sızıntılarının olmaması (ona nəzarət) düşmənin hərbi və siyasi təbliğat və dezinformasiya vasitələrindən istifadəsinin qarşısını lap əvvəlcədən aldı. Bu məqam, xüsusilə sözügedən informasiya fonuna nəzarət hər hansı xarici təsiri də əvvəlcədən neytrallaşdırmış oldu.

Təhlil göstərir ki, əməliyyatlar artan texniki və logistik imkanlardan tam yararlanmaqla olduqca çevik şəkildə hazırlanaraq həyata keçirilib, itkilərin minimum səviyyədə saxlanılması təmin edilib. Qısa zamanda dayaq məntəqələrinin bir neçə kilometrlərlə önə çəkilməsi, strateji yüksəkliklərin ələ keçirilməsi, logistik təminatın təşkili erməni tərəfi üçün gözlənilməz olmuşdur. Düşmənin illərdir möhkəmlənmiş əraziləri tərk etməyə məcbur edilməsi bir tərəfdən onun döyüş imkanlarını məhdudlaşdırır, digər yöndən isə ordu və cəmiyyətində mənəvi-pixoloji duruma mənfi təsir edir. Əməliyyatın strateji tərəfi isə məlumatlarda qeyd edildiyi kimi İrəvan-Yexaqnadzor-Gorus-Laçın-Xankəndi yolunun nəzarətə götürülməsidir. Qarabağ və işğal olunmuş digər ərazilərimizdə özünün hərbi ekspansiyasını təmin etmək üçün bu yolun düşmən üçün həyati əhəmiyyət kəsb etdiyi inkaredilməzdir. Həmin magistral Ermənistanı Qarabağla birləşdirən yeganə kommunikasiyadır. Faktiki olaraq ordumuzun may əməliyyatları ilə bu kommunikasiyalar bölgədəki gələcək istənilən hərbi gərginlik zamanı real təhlükə ilə üzləşəcək. Digər tərəfdən əməliyyat zamanı erməni tərəfinin geri çəkilməsi (dar dəhlizlərə sıxışdırılması) onlar üçün bir sıra digər problemlər də yaratmışdır ki, onların həlli üçün əlavə resurs və qüvvələrin cəlb edilməsi lazım olacaqdır.

Ümumiyyətlə, bu tip hərbi əməliyyatlarla erməni tərəfinin resurs problemi həmişə onların ağrılı tərəfi olub. Cəbhədə Azərbaycan tərəfinin artan nəzarət və texniki üstünlüyünə cavab vermək, ən azı pariteti saxlamaq üçün erməni hərbi-siyasi rəhbərliyi əlavə resursların cəlbini tələb edəcək qeyri-populyar tədbirlərə (müddətli hərbi xidmətin zamanının artırılması, bir sıra güzəştlərin ləğvi və ya məhdudlaşdırlması və s.) əl atmaq, Günnüt əməliyyatı və yaxud Naxçıvan cəbhəsindən ermənilərə "soyuq duş": 2018-ci ilin mayında həyata keçirilən uğurlu hərbi əməliyyatdan bir il ötür

2016-cı ilin aprel döyüşlərində qazandığımız parlaq qələbədən sonra, əməliyyatın strateji tərəfi İrəvan-Yexaqnadzor-Gorus-Laçın-Xankəndi yolunun nəzarətə götürülməsidir

Yola saldığımız bir il ərzində ölkə mediasının və ictimaiyyətinin ən çox diqqət kəsildiyi və müzakirə etdiyi mövzu heç şübhəsiz ki, ordumuzun Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi son dərəcə uğurlu hərbi əməliyyatlar oldu.

2018-ci ilin may ayının son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edildi. Bununla da ordumuz daha əlverişli mövqelərdə möhkəmlənib, Günnüt, Ağbulaq yaşayış məntəqələri ətrafındakı yüksəkliklər, “Qızılqaya” dağı və “Qaraqaya” dağlarında yeni mövqelər ələ keçirilib. Dərələyəz mahalının Arpa kəndində (Areni) və Mehridərə vadisində düşmənin fəaliyyəti nəzarət altına götürdü. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alındı. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir.

Əlahiddə Ümumqoşun Ordunun açıqladığı məlumatlarda o da qeyd edilir ki, ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyyə məqsədi ilə 50 km yeni yol çəkilmiş, 60 km-dən artıq yararsız yollar isə bərpa edilmişdir. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Hadisələrdən çox az zaman keçdiyi üçün bu əməliyyatla bağlı çoxsaylı detallar bəlkə də zaman keçdikdə daha geniş, dəqiq və ətraflı üzə çıxacaq. Lakin qeyd etməliyik ki, 2016-cı ilin aprel hadisələrindən sonra ordumuzun Günnüt əməliyyatında qazandığı uğurların arxasında da heç şübhəsiz, strateji siyasət xəttinin düzgün müəyyənləşdirilməsi dayanır. Əldə olan məlumatlar və onların təhlili göstərir ki, dövlət institutlarımız (ordu da onun tərkibindədir) həqiqətən keyfiyyətcə yeni bir səviyyəyə yüksəlib. Bu keyfiyyət dəyişiklikləri heç şübhəsiz, ulu öndər Heydər Əliyev tərəfindən düzgün müəyyənləşdirilmiş strateji siyasi-ideoloji xəttin, dövlət-xalq-ordu birliyinin nəticəsidir.

Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun muxtar respublikanın şimal-qərb hissəsində keçirdiyi əməliyyatların hərbi tərəfi olduqca əhəmiyyətlidir. Bir sıra xarici ölkə KİV-ləri və hərbi analitiklərin qeyd etdiyi kimi, bu əməliyyat heç də lokal xarakter daşımır...

Bəs, may ayında baş verənlər daha geniş mənada necə dəyərləndirilə bilər? Fakt odur ki, uzun müddət –1992-ci ildən düşmən tərəfindən nəzarət altında saxlanılan geniş ərazilər azad edilib və ordumuzun bu istiqamətdə dövlət sərhədlərimizə çıxması ilə ərazidəki milli suverenliyimiz artıq de-fakto təmin edilib. Məhz hadisənin bu tərəfi hərbi uğurun olduqca əhəmiyyətli siyasi komponentini ortaya qoyaraq regionda yeni reallıqlar yaratmaqdadır. Bu həm də Naxçıvan ordusunun yüksək təşkilatlanması, hazırlığı, texniki və döyüş imkanlarının bir daha təsdiqi deməkdir.

Qısa zamanda yüksək dağlıq şəraitdə ən azı 20 kilometr enində cəbhə xəttində bu tip əməliyyatın uğurla həyata keçirilməsi müstəqilliyimizin əldə edilməsindən bu yana ordu quruculuğu sahəsində dövlətimizin qazandığı mühüm nailiyyətidir. Bu məqamda ordunun bu əməliyyatları həyata keçirərkən son dərəcə yüksək təşkilatçılıq və peşəkarlıq qabiliyyəti ilə fərqlənməsi də ayrıca qeyd edilməlidir. İşin bir digər əhəmiyyətli tərəfi Naxçıvandakı may əməliyyatlarının tam məxfilik şəraitində hazırlanıb həyata keçirilməsidir. Unutmayaq ki, bu qədər geniş və dağlıq bir ərazidə həyata keçirilən əməliyyat, ona cəlb olunan ordu birləşmələri, texnika və sair bu kimi məqamların peşəkarlıqla yekunlaşdırılması asan məsələ deyil. Bu əməliyyatın gedişində lüzumsuz informasiya fonu (sosial şəbəkələrdə məlumatların yayılması, hərbi kolonların və texnikanın fotoları və s.), şaiyələr və digər informasiya sızmalarının olmaması da təqdirəlayiq cəhətdir. Düşmən təxribatlarına cavab olaraq həyata keçirilən bu əməliyyatın yalnız son fazasında ictimaiyyətin məlumatlandırılması müsbət məqamlardan biri kimi həmişə xatırlanacaq.

Açıq demək olar ki, bu uğur hərbi əməliyyatlara paralel informasiya təminatının da təşkilinə peşəkar və əsaslı yanaşma tətbiq olunduğunu göstərdi, digər tərəfdən isə informasiya sızıntılarının olmaması (ona nəzarət) düşmənin hərbi və siyasi təbliğat və dezinformasiya vasitələrindən istifadəsinin qarşısını lap əvvəlcədən aldı. Bu məqam, xüsusilə sözügedən informasiya fonuna nəzarət hər hansı xarici təsiri də əvvəlcədən neytrallaşdırmış oldu.

Təhlil göstərir ki, əməliyyatlar artan texniki və logistik imkanlardan tam yararlanmaqla olduqca çevik şəkildə hazırlanaraq həyata keçirilib, itkilərin minimum səviyyədə saxlanılması təmin edilib. Qısa zamanda dayaq məntəqələrinin bir neçə kilometrlərlə önə çəkilməsi, strateji yüksəkliklərin ələ keçirilməsi, logistik təminatın təşkili erməni tərəfi üçün gözlənilməz olmuşdur. Düşmənin illərdir möhkəmlənmiş əraziləri tərk etməyə məcbur edilməsi bir tərəfdən onun döyüş imkanlarını məhdudlaşdırır, digər yöndən isə ordu və cəmiyyətində mənəvi-pixoloji duruma mənfi təsir edir. Əməliyyatın strateji tərəfi isə məlumatlarda qeyd edildiyi kimi İrəvan-Yexaqnadzor-Gorus-Laçın-Xankəndi yolunun nəzarətə götürülməsidir. Qarabağ və işğal olunmuş digər ərazilərimizdə özünün hərbi ekspansiyasını təmin etmək üçün bu yolun düşmən üçün həyati əhəmiyyət kəsb etdiyi inkaredilməzdir. Həmin magistral Ermənistanı Qarabağla birləşdirən yeganə kommunikasiyadır. Faktiki olaraq ordumuzun may əməliyyatları ilə bu kommunikasiyalar bölgədəki gələcək istənilən hərbi gərginlik zamanı real təhlükə ilə üzləşəcək. Digər tərəfdən əməliyyat zamanı erməni tərəfinin geri çəkilməsi (dar dəhlizlərə sıxışdırılması) onlar üçün bir sıra digər problemlər də yaratmışdır ki, onların həlli üçün əlavə resurs və qüvvələrin cəlb edilməsi lazım olacaqdır.

Ümumiyyətlə, bu tip hərbi əməliyyatlarla erməni tərəfinin resurs problemi həmişə onların ağrılı tərəfi olub. Cəbhədə Azərbaycan tərəfinin artan nəzarət və texniki üstünlüyünə cavab vermək, ən azı pariteti saxlamaq üçün erməni hərbi-siyasi rəhbərliyi əlavə resursların cəlbini tələb edəcək qeyri-populyar tədbirlərə (müddətli hərbi xidmətin zamanının artırılması, bir sıra güzəştlərin ləğvi və ya məhdudlaşdırlması və s.) əl atmaq, yeni reallıqlara əsaslanan sərhəd-müdafiə (məhz mühafizə deyil, müdafiə) üçün yeni və olduqca bahalı hərbi infrastrukturunun yenidən və bir qədər arxada yaradılması məsələsi üzərində baş sındırmalı olacaqdır. Ermənistanın bugünkü acınacaqlı sosial-iqtisadi durumunda əlavə resursların real iqtisadiyyatdan və sosial sektordan götürərək hərbi xərclərə yönləndirmə cəhdləri populizm üzərində Sarkisyan rejimini əvəz edən baş nazir Nikol Paşinyanın yeni höküməti üçün daxili təhdidləri gücləndirəcək.

Təbii ki, bunu erməni siyasi elitasında yaxşı dərk etməkdədirlər. Lakin illərdir millətçilik, qatı irqçilik, terror və təhdid üzərində qurulmuş siyasi xətt ictimai rəydə də geri addım atmaqda problem yaradır. Ordumuzun may əməliyyatı erməni cəmiyyətinin bu tip illuziyalardan azad olmalarına yardımda növbəti fürsət olaraq onların reallıqla barışmasına kömək edəcək.

Sonda. Ənənəyə və janra uyğun olaraq erməni tərəfi son illərdə aldığı ağır zərbə, itki və məğlubiyyətləri etiraf etmir. Lakin bəzən sənin nə dediyin deyil, nə etdiyin daha əhəmiyyətli olur. 2016-cı ilin aprel döyüşlərində qazandığımız parlaq qələbə həmin dövr Ermənistanın müdafiə naziri Seyran Ohanyana düşmədi, o, vəzifəsindən kənarlaşdırıldı. Naxçıvan Ordusunun may əməliyyatı isə Ermənistan ordusunun Baş Qərargahının rəisi Movses Akopyan üçün pis nəticələndi. 25 may 2018-ci ildə Akopyan vəzifəsindən azad edildi.
olduqca bahalı hərbi infrastrukturunun yenidən və bir qədər arxada yaradılması məsələsi üzərində baş sındırmalı olacaqdır. Ermənistanın bugünkü acınacaqlı sosial-iqtisadi durumunda əlavə resursların real iqtisadiyyatdan və sosial sektordan götürərək hərbi xərclərə yönləndirmə cəhdləri populizm üzərində Sarkisyan rejimini əvəz edən baş nazir Nikol Paşinyanın yeni höküməti üçün daxili təhdidləri gücləndirəcək.

Təbii ki, bunu erməni siyasi elitasında yaxşı dərk etməkdədirlər. Lakin illərdir millətçilik, qatı irqçilik, terror və təhdid üzərində qurulmuş siyasi xətt ictimai rəydə də geri addım atmaqda problem yaradır. Ordumuzun may əməliyyatı erməni cəmiyyətinin bu tip illuziyalardan azad olmalarına yardımda növbəti fürsət olaraq onların reallıqla barışmasına kömək edəcək.

Sonda. Ənənəyə və janra uyğun olaraq erməni tərəfi son illərdə aldığı ağır zərbə, itki və məğlubiyyətləri etiraf etmir. Lakin bəzən sənin nə dediyin deyil, nə etdiyin daha əhəmiyyətli olur. 2016-cı ilin aprel döyüşlərində qazandığımız parlaq qələbə həmin dövr Ermənistanın müdafiə naziri Seyran Ohanyana düşmədi, o, vəzifəsindən kənarlaşdırıldı. Naxçıvan Ordusunun may əməliyyatı isə Ermənistan ordusunun Baş Qərargahının rəisi Movses Akopyan üçün pis nəticələndi. 25 may 2018-ci ildə Akopyan vəzifəsindən azad edildi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az