t s

» » Ceyranbatan su kanalında balıqlar kütləvi tələf olub, ərazini üfunət bürüyüb - VİDEO

Ceyranbatan su kanalında balıqlar kütləvi tələf olub, ərazini üfunət bürüyüb - VİDEO

17-05-2019, 23:47 Yazar:  Firuzə Baxılıb: 58 Çap et
Ceyranbatan su kanalında balıqlar kütləvi tələf olub, ərazini üfunət bürüyüb - VİDEO
Abşeronda balıqların kütləvi şəkildə tələf olması ətrafda yaşayan sakinlərin təşvişinə səbəb olub. Əraziyə yayılan pis qoxu evlərə də dolub.


Xezerxeber.az-ın məlumatına görə, yüzlərlə balıq ölərək suyun üzünə çıxıb. Ərazini üfunət bürüyüb.


Ceyranbatan su kanalında balıqların kütləvi tələfatı qeydə alınıb. Su kanalında balıqların kütləvi tələf olması və ölü balıqların günlərlə qalması ətrafı çirkaba çevirib. Ətrafda yaşayanlar gələn iydən narahatdır.


Sakinlər deyirlər ki, balıqların kütləvi ölümü hər il baş verir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamentinin direktor əvəzi Mehman Axundov bildirib ki, kanalda suyun həcmi azalıb, bu da suda həll olunmuş oksigenin miqdarının azalmasına və balıqların tələf olmasına səbəb olub.


Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:53 Bəzi qurumlar ləğv edildi və yeniləri yaradıldı - Baş nazirdən qərar Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilib. Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, regional ekologiya və təbii sərvətlər idarələri Ekologiya
14:30 Abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verildi - FOTOLAR Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir. Mediaxeberleri.az xəbər verir ki, Xətai rayonunun Zığ yolu, 9 ünvanında,
18:42 Ağızdan qoxu gəlməsinin səbəbləri Ağızdan qoxunun gəlməsi, qısaca qalitoz - istənilən yaşda rast gəlinən şikayətdir. Çox vaxt uşaqlar yuxudan oyanan zaman bu hiss olunur. Ağız boşluğunda tüpürcək ifrazı azaldığı üçün quruyur və nəticədə bakteriyalar artır. Bu tip qoxu maye və qida qəbulundan sonra keçir. Ağızdan gələn pis qoxunun
20:51 Daha bir dövlət qurumu ləğv edildi - FƏRMAN Azərbaycan prezidenti İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az