t s

» » “Arsenal” və “Çelsi” klublarının hər birinə əlavə 10 min bilet veriləcək

“Arsenal” və “Çelsi” klublarının hər birinə əlavə 10 min bilet veriləcək

17-05-2019, 23:40 Yazar:  Firuzə Baxılıb: 48 Çap et
“Arsenal” və “Çelsi” klublarının hər birinə əlavə 10 min bilet veriləcək
AFFA-nın baş katibi Elxan Məmmədov son günlər müzakirə mövzusuna çevrilmiş və “Arsenal”ın narazılığına səbəb olmuş bilet limitinin hər komanda üçün 10 min ədəd artırılacağını bildirib.

Bu barədə Britaniyanın Daily Mail nəşrinə müsahibə verən Elxan Məmmədov qeyd edib ki, Avropa Liqasının finalçılarının hər birinə əlavə 10 min bilet ayrılacaq. Xəbər verdiyimiz kimi UEFA “Arsenal” azarkeşlərinə 6 min bilet ayırdığı üçün bu komandanın narazılığına səbəb olub.

O bildirib ki, hər iki klub öz azarkeşləri üçün əlavə çarter reysləri təşkil edə bilər. Elxan Məmmədov komandaların azarkeşlərini ticketing@baku2019.az или asif.aliyev@baku2019.az. ünvanından bilet almağa dəvət edib.

“UEFA-nın qərarı belədir ki, əgər klub çarter reysi və biletlərin sayı barədə ətraflı məlumat verirsə, UEFA bunu təmin edir.UEFA meydanda boş yer qalmasın deyə lazım olandan artıq bilet vermir. Bu barədə klublara mılumat verilib. Mənə qəribə gəlir ki, çarter reysləri hələ də təşkil edilməyib. Biz 4000 kilometr uzaqda yerləşirik. Çarter reyslərinin təşkili daha məqsəduyğundur. UEFA klublarla əlaqə saxlayır və biletlə təmin edir. Bəli biz reyslər təşkil edə bilərdik, lakin finalçılar mayın 9-da məlum oldu. Bu qısa bir zamandır. Adətən belə hallarda klublar özləru turagentlərlə işləyirlər.Bu dəfə London klubları bunu etməyiblər”.

Elxan Məmmədov bildirib ki, cümə gününə olan məlumata görə, dünya üzrə 25 min bilet satılıb, daha 10 min bilet Bakıda offlayn rejimdə satılıb:

“Futbol artıq Avropa ölkələrinin sərhədlərini aşır. Aparıcı futbol ölkələri həmişə futbolun sərhədlərini genişləndirməyə çalışırlar.Bu yeni imkanlar deməkdir.Azərbaycan futbol üşün ən yeni imkanlardan biridir. Biz və qonşu ölkələr bu kimi tədbirlərə ev sahibliyi etməyə hazırıq və buna haqqımız var. Bu gün biz futbol dünyasına töhfə verməyə qadirik. Hər bu kimi tədbir dünyaya yalnız pozitiv bəxş edə bilər”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az