t s

» » Xanbabayevanın evi əlindən alınıb? - Bankdan açıqlama

Xanbabayevanın evi əlindən alınıb? - Bankdan açıqlama

17-05-2019, 23:03 Yazar:  Firuzə Baxılıb: 73 Çap et
Xanbabayevanın evi əlindən alınıb? - Bankdan açıqlama
“Bank of Baku”nun Zülfiyyə Xanbabayevanı məhməkəyə verməsi, həmçinin evini əlindən alması ilə bağlı yayılmış xəbər həqiqəti əks etdirmir.

Mediaxeberleri.az
xəbər verir ki, bunu xalq artisti Zülfiyyə Xanbabayevanın “Bank of Baku” tərəfindən məhkəməyə verilməsinə münasibət bildirən bankın reklam və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Cumayeva qeyd edib.

Bank rəsmisi Zülfiyə Xanbabayevanın banka kredit borcunun olmadığını qeyd edib:

“Xəbərdə qeyd edilən iddialar heç bir əsası olmayan, tamamilə yanlış məlumatdır. Zülfiyyə xanımın bankımızda heç bir kredit öhdəliyi yoxdur.

Yanlış xəbəri tirajlayan media nümayəndələrindən məlumatı təkzib etmələri və bu kimi məlumatları yaymazdan öncə daha diqqətli olmaları, məsul şəxslərlə əlaqə saxlayıb dəqiqləşdirmə aparmaları xahiş olunur”.

Qeyd edək ki, news24.az saytı "Bank Of Baku"nun ipoteka krediti müqaviləsinin şərtlərini pozan şəxsləri məhkəməyə verməsi və bankın ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsi ilə bağlı tələb irəli sürdüyü 10 nəfər arasında Azərbaycanın xalq artisti Xanbabayeva Zülfiyyə Güloğlan qızının da olması barədə məlumat yayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:10 Azərbaycanın Xalq artistinə ŞOK XƏBƏR – EVİ TƏRK ETMƏSİ TƏLƏB EDİLİR Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayeva məhkəməyə verilib. Mediaxeberleri.az-ın news24.az-a istinadən məlumatına görə, bir müddət əvvəl “Bank Of Baku” ipoteka krediti müqaviləsinin şərtlərini pozan şəxsləri məhkəməyə verib. Bankın ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsi ilə bağlı
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
19:43 Azərbaycanda bankların bədbəxt etdiyi ailələr... - ARAŞDIRMA Qələndərov Ramin Musa oğlu “Nikoyl” İnvestisiya Kommersiya Bankı ASC ilə 04 dekabr 2008-ci ildə 1821/43/01 saylı kredit müqaviləsi bağlayaraq 30 000 manat kredit götürüb. Kreditin təminatı kimi isə R. Qələndərov dostunun anası, Bərdə rayon sakini Şahverdiyeva Bənövşə Teymur qızına məxsus Bərdə
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az