t s

» » Bu məsələ Prezidentə çatdırılsa... - Qənirə Paşayeva

Bu məsələ Prezidentə çatdırılsa... - Qənirə Paşayeva

17-05-2019, 22:59 Yazar:  Firuzə Baxılıb: 53 Çap et
Bu məsələ Prezidentə çatdırılsa... - Qənirə Paşayeva
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” Qanunlara dəyişiklik edilməsi ilə bağlı layihədə təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə yüksək dövlət rüsumu tutulmasına etirazını bildirib.

Mediaxeberleri.az xəbər verir ki, millət vəkili bununla bağlı həmkarlarının fikirlərini dəstəklədiyini deyib və yüksək səviyyəli rüsumları özündə əks etdirən maddənin layihədən çıxarılması ilə bağlı təklifləri dəstəkləyib:

“Rüsumlar sahibkarlardan çox vətəndaşın cibindən çıxarılacaq, bu isə insanlarımız arasında narazılığa səbəb olacaq. Cənab Prezident tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn çoxsaylı sosial proqramlar, layihələr keçirilir ki, insanlarımızın həyat səviyyəsinə müsbət təsiri olsun. Belə bir şəraitdə bu səviyyədə rüsumlar doğru qəbul edilə bilməz. Mən kənd rayonlarından birini təmsil edirəm. Məsələn, rayonda, kəndlərdə uşaq bağçaları çatışmır. Dövlət bağçalarının səviyyəsi də o qədər də yaxşı deyil. Biz bir sıra təşkilatlara, xeyriyyəçi şəxslərə müraciət edirik ki, bağçalara dəstək olsunlar. İş adamlarına çağırış edirik ki, rayonlarda, kəndlərdə özəl uşaq bağçaları açsınlar. İndi belə rüsumlar olarsa, sahibkarlar rayonlarda, kəndlərdə özəl bağçalar, peşə müəssisələri açmaqda maraqlı olmayacaq. Layihədə göstərilən rəqəmlər çox yüksəkdir və bu rüsumlar Bakıdakı bəzi özəl bağçaların qiymətlərinə əsaslanaraq deyil, bütün respublika, rayonların vəziyyəti nəzərə alınaraq təyin olunmalıdır”.

Millət vəkili çıxışında təmsil etdiyi Tovuz rayonunun kəndlərinin qazlaşdırılması məsələsinə də toxunub:

“Cənab Prezident son müşavirəsində Azəriqaz İB-yə əhalinin qazla təminatının yaxşılaşdırılması, verilən təbii qazın keyfiyyətinin, təzyiqin yaxşılaşdırılması və s. ilə bağlı tapşırıqlar verib. Tovuz rayonunda Sovet dövründə evlərə qaz borusu çəkilib. Kəndlərdə müstəqillik dövründə yeni evlər tikilib, yeni məhəllələr yaranıb, amma onlara xətt çəkilmədiyi üçün təbii qaz verilmir və əhalidən bu boruları öz vəsaitləri hesabına çəkmələri tələb olunur. Yeni evlərdə yaşayan insanlarımız veriləcək təbii qaza görə ödəməni həyata keçirməyə hazırdır, lakin maddi imkanları olmadığı üçün yaşadıqları əraziyə qaz borusu çəkdirə bilmir.

Üstəlik, prosedurlar özü də çətindir. Ona görə də boru xətlərinin dövlət tərəfindən çəkilməsini xahiş edirlər. İnsanlarımız inanır ki, bu məsələ cənab Prezidentə çatdırılarsa, dövlət başçımız insanlarımızın bu istiqamətdə üzləşdiyi problemin həlli istiqamətində də addımların atılması üçün tapşırıqlar verəcək. Müvafiq qurumlarımızı yaxın zamanlarda bu məsələyə xüsusi diqqət ayırmağa çağırıram. Ümid edirəm ki, insanlarımızın adından səsləndirdiyim bu məsələ yaxın zamanlarda müsbət həllini tapacaq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
10:13 “Bağçalar Təhsil Nazirliyinə qaytarılmalıdır” - TƏKLİF Ötən həftə Bakı şəhərinin Məktəbəqədər təhsil müəssisələrində ərzaq təminatına nəzarətin artırılması və bununla bağlı görülən işlərə dair Bakı Şəhər İcra Hakimiyyətinin məlumatı yayılıb. Məlumatda bildirilir ki, sözügedən müəssisələrin ərzaq təminatı hər zaman gündəlik nəzarətdə saxlanılır və
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az