t s

» » AŞ Nümayəndələr Komitəsi bütün üzv dövlətlərin ərazi bütövlüyünə dəstəyini təsdiqlədi

AŞ Nümayəndələr Komitəsi bütün üzv dövlətlərin ərazi bütövlüyünə dəstəyini təsdiqlədi

17-05-2019, 19:16 Yazar:  Firuzə Baxılıb: 23 Çap et
AŞ Nümayəndələr Komitəsi bütün üzv dövlətlərin ərazi bütövlüyünə dəstəyini təsdiqlədi
Helsinkidə Avropa Şurası Nazirlər Komitəsinin 129-cı sessiyası keçirilib.

Xarici İşlər Nazirliyindən publika.az-a verilən məlumata görə, Finlandiyanın Nazirlər Komitəsinə altı aylıq sədrliyinə yekun vuran bu toplantıda ölkəmizi xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.

Avropa Şurasının təsis edilməsinin 70-ci ildönümünün qeyd olunduğu bu Nazirlər sessiyasında təşkilatın üzləşdiyi təhdidlər, mümkün islahatlar və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Toplantıda çıxış edən nazir müavini M.Məmməd-Quliyev əvvəlcə Avropa Şurası ilə aparılan əməkdaşlığa toxunub və bir müddət öncə təsdiq olunmuş Avropa Şurasının Azərbaycan üzrə növbəti Fəaliyyət Planının icrasından bəhs edib. O, bundan əlavə, Avropa qitəsində mövcud münaqişə zonalarına beynəlxalq təsisatların girişinə dair Azərbaycanın prinsipial mövqeyini xatırladıb və bu zonalarla bağlı mümkün fəaliyyətlərin öncədən legitim mərkəzi hakimiyyət dairələri ilə razılaşdırılmalı olduğunu bəyan edib.

Nazir müavini Azərbaycan torpaqlarının Ermənistan tərəfindən davam edən hərbi işğalının nəticəsi olaraq yaranmış vəziyyətə istinad edib və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə çıxardığı önəmli hökmdə bu ölkənin Azərbaycanın işğal olunmuş əraziləri üzərində effektiv nəzarəti həyata keçirdiyi barədə gəldiyi qənaəti vurğulayıb.

Qeyd olunmalıdır ki, Avropa Şurası Nazirlər Komitəsi üzv dövlətlərindəki münaqişələri diqqətdən kənar qoymayıb. Belə ki, sessiyanın nəticəsi olaraq qəbul edilmiş siyasi bəyanatda Avropa qitəsinin bəzi hissələrinin məruz qaldığı qarşıdurma və davam edən münaqişələrə görə narahatlıq ifadə olunub və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, barışıq və siyasi həll üçün birgə səylərin göstərilməli olduğu açıqlanıb. Daha önəmlisi isə, üzv dövlətlərin hüquq və öhdəlikləri barədə müvafiq qərarda, Avropa Şurası Nazirlər Komitəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlər çərçivəsində bütün üzv dövlətlərin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini təsdiq edib.

Helsinkidəki sessiyanın ardınca Finlandiyanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinə yekun vurulub və sədrlik növbəti altı ay üçün Fransaya keçib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az