t s

» » AFFA-dan Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı açıqlama

AFFA-dan Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı açıqlama

17-05-2019, 16:05 Yazar:  Firuzə Baxılıb: 41 Çap et
AFFA-dan Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı açıqlama
İngiltərənin "Arsenal" klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanın Avropa Liqasının Bakıda "Çelsi"yə qarşı keçiriləcək final matçında iştirak etməməsi barədə bizə rəsmi məlumat verilməyib.

Bu sözləri Axar.az-a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib. O bildirib ki, bu məlumat İngiltərə mətbuatının iddiasıdır:

“Bizə təhlükəsizliklə bağlı məsələlər daxil olmuşdu və biz də dəfələrlə vurğulamışıq ki, Bakıya gələn Avropa Liqası finalçılarının təhlükəsizliyinə tam zəmanət veririk. Dövlət orqanları da bunu bildirib. AFFA Avropa Liqasının final matçı barədə üzərinə düşən bütün öhdəlikləri etməyə hazırdır”.

Qeyd edək ki, "Tayms" nəşri İngiltərənin "Arsenal" klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanın Avropa Liqasının Bakıda "Çelsi"yə qarşı keçiriləcək final matçında iştirak etməyəcəyi barədə məlumat yayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:08 London Bakıya qarşı “Arsenal”ını niyə işə saldı? – Şok məqamlar Böyük Britaniya XİN-in Azərbaycanla bağlı açıqlaması heyrət, təəccüb və təəssüf doğurur. Başdan-başa iftira, böhtanla dolu olan bu açıqlamada bircə normal, məntiqəuyğun söz tapmaq mümkün deyil. Bu sözləri Axar.az-a açıqlamasında əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur
19:02 Azərbaycan Avropa Liqasının final oyununu yüksək səviyyədə qəbul etməyə hazırdır - VİDEO Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi zamanı indiyədək təhlükəsizliklə bağlı heç bir narahatlıq yaşanmayıb. Xezerxeber.az-ın məlumatına görə, bunu Böyük Britaniya Xarici İşlər Nazirliyinin Bakıda keçiriləcək Avropa Liqasının final oyununda təhlükəsizliklə bağlı azerkəşlərə veridiyi
09:41 UEFA “Qarabağ”dan yazdı UEFA-nın rəsmi saytı Çempionlar Liqasının qrup mərhələsinin IV turu ərəfəsində “Qarabağ” – “Çelsi” oyunu haqqında yazı hazırlayıb. Mediaxeberleri.az “Apasport.az”a istinadən xəbər verir ki, yazıda iki komandanın buraqədərki çıxışları və matçın pərdəarxası məqamlarından bəhs olunub. Sözügedən
13:53 "Firuz Mustafanın imza günü keçirildi" 12 Noyabr saat 15:00-da Kitabevim.az-da çoxsaylı oxucuların, ziyalıların, ədəbiyyat və KİV nümayəndələrinin iştirakı ilə tanınmış yazıçı, dramaturq, filosof Firuz MUSTAFAnın yeni işıq üzü görmüş çoxcildlik “SEÇİLMİŞ ƏSƏRLƏRİ”nin 1-ci cildinin imza günü keçirildi. Tədbiri məşhur jurnalist Məzahir
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az