t s

» » 110 mindən çox insan qızılcaya qarşı peyvənd etdi - Azərbaycanda

110 mindən çox insan qızılcaya qarşı peyvənd etdi - Azərbaycanda

17-05-2019, 14:30 Yazar:  Aytən Məmmədli Baxılıb: 43 Çap et
110 mindən çox insan qızılcaya qarşı peyvənd etdi - Azərbaycanda
Azərbaycanda 20-40 yaşlı insanların qızılca-məxmərək əleyhinə peyvəndləmə işlərinin mayın sonunadək davam etməsi nəzərdə tutulur.

Mediaxeberleri.az
xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair imzaladığı əmrə əsasən, Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında, 20-40 yaşlı əhali arasında təmizləyici immunlaşdırma tədbirləri mart-aprel aylarında keçirilməli idi. Lakin yerlərdə vaksin ehtiyatı qaldığından bu tədbirlərin həyata keçirilməsi davam etdirilir. Apreldən indiyədək ölkədə 110 mindən çox 20-40 yaşlı şəxs qızılca-məxmərək əleyhinə peyvənd edilib.

A.Əliyeva qeyd edib ki, vaxtında peyvənd edilməyən 7-10 yaşlı uşaqlar arasında da təmizləyici immunlaşdırma tədbirləri aparılıb və 14 minə yaxın uşaq peyvənd edilib. Hazırda təmizləyici immunlaşdırma tədbirlərinin aparılması və uşaqların planlı qaydada qızılca və məxmərək əleyhinə peyvənd edilməsi davam etdirilir.

RGEM rəsmisi qeyd edib ki, bu il ərzində Azərbaycanda 263 nəfər qızılcaya yoluxub. Bu ilin yanvar ayında Azərbaycanda 106, fevralda 110, martda 23, apreldə 24 nəfərdə qızılcaya yoluxma halı təsdiqlənib: "Mart-aprel aylarında qızılcaya yoluxma halları azalıb. Hazırda xəstəliyə yoluxma tək-tək hallarda qeydə alınır. Xəstəlik hələ ki tam şəkildə aradan qalxmayıb. Amma çox yaxın zamanlarda Azərbaycanda qızılca xəstəliyinin qarşısı tamamilə alınacaq".

Qeyd edək ki, Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanlarının sayının həddindən artıq olmasını nəzərə alaraq, bu ilin fevral ayında ölkəmizə böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə 160 min dozada vaksinlər gətirilib. Peyvəndləmə məcburi qaydada həyata keçirilmir. Vaxtilə hər hansı səbəbə görə qızılcaya qarşı peyvənd olunmayan 20-40 yaşlı insanlar ərazi üzrə poliklinikalara müraciət edərək peyvənd olunurlar. Hamilə qadınlar və ya hamilə olmağa hazırlaşan qadınlar, qan, onkoloji xəstəliyi olan, yumurta zülalına allergiyası olan şəxslər bu vaksinə qarşı peyvənd oluna bilməzlər.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, bu il dünyada qızılca xəstəliyinə yoluxma kəskin şəkildə artıb. 2019-cu ilin yalnız 3 ayında 112 min şəxsdə bu xəstəliyə yoluxma faktı qeydə alınıb. Qızılcanın kütləvi yayıldığı ölkələr sırasında Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Konqo, Madaqaskar, Filippin, Efiopiya və Sudan var.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
16:06 Gürcüstandan Azərbaycana yoluxucu xəstəlik keçib - AÇIQLAMA Bakıda vətəndaşlar arasında qızılcaya yoluxma halları aşkarlanıb. Bu barədə Mediaxeberleri.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva məlumat verib. Onun sözlərinə görə, respublikada qızılcaya tək-tək yoluxan şəxslər müşahidə
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az